2025-ci ildə Avropa İttifaqı Ukraynaya 35 milyard avroluq maliyyə yardımı göstərəcək
Ekskluziv
595
23 Jan 2025 | 17:56

2025-ci ildə Avropa İttifaqı Ukraynaya 35 milyard avroluq maliyyə yardımı göstərəcək

 
"Əsas prioritet infrastruktur və enerji təhlükəsizliyi, daha sonra özəl sektor və ərzaq təhlükəsizliyi sahəsində davamlılıqdır..."
 
2025-ci ildə Avropa İttifaqı Ukraynaya 35 milyard avro maliyyə yardımı göstərəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti, ticarət məsələləri üzrə komissarı Valdis Dombrovskis bəyan edib.
 
"Avropa İttifaqı maliyyə dəstəyini 2025-ci il üçün nəzərdə tutulan 35 milyard avroluq G7 ERA kredit təşəbbüsü və "Ukraine Facility" vasitəsilə həyata keçirir", - o, "X" sosial şəbəkəsində paylaşım edib.
 
Dombrovskis həmçinin Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Ukrayna baş nazirinin birinci müavini Yuliya Sviridenko ilə görüşdüyünü bildirib.
 
Onlar "Ukraynanın Avropa İttifaqənın vahid bazarına yaxınlaşması üçün genişləndirmə və addımlar" mövzusunu müzakirə edib
 
Ukraynaya maliyyə dəstəyi
 
"Bloomberg" nəşri yazır ki, 2025-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynaya 1,5 milyard avro investisiya qoymağı planlaşdırır.
 
Bankın Ukrayna və Moldovadakı idarəedici direktoru Arvid Tuerkner bildirib ki, infrastruktur və enerji təhlükəsizliyi əsas prioritetlərdir, daha sonra isə özəl sektor və ərzaq təhlükəsizliyi sahəsində davamlılıq gəlir.
 
Xatırladaq ki, yanvarın 10-da ERA təşəbbüsü çərçivəsində Ukraynanın dövlət büdcəsinə Avropa İttifaqından 3 milyard avro daxil olub. Bu təşəbbüs Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan vəsaitlərin təqdim edilməsini nəzərdə tutur.
 
Baş nazir Denis Şmıqal vurğulayıb ki, bu, Avropa İttifaqından Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərlə təmin edilmiş ilk tranşdır.
Link kopyalandı!
Son xəbərlər