Ekskluziv
412
17:31, Bu gün

"İsrailə dəstək Trampın prioritet vəzifəsidir" - ABŞ Dövlət katibi

 
"Biz Qəzzada qalan bütün girovların azad edilməsinə kömək etmək üçün yorulmadan işləyəcəyik..."
 
İsrailə dəstək ABŞ prezidenti Donald Tramp administrasiyasının prioritet vəzifəsidir.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni Dövlət katibi Mark Rubio İsrail baş naziri Binyamin Netanyahu ilə telefon söhbəti zamanı bəyan edib. Məlumatı "news.rambler.ru" nəşri yayıb.
 
"Birləşmiş Ştatların İsrailə dəstəyini  dəyişməz qalması prezident Tramp üçün başlıca prioritetdir", - o, qeyd edib.
 
Bundan başqa, Rubio Netanyahunun HƏMAS və "Hizbullah" ilə mübarizədə uğurları ilə əlaqədar təbrik edib və "Qəzzada qalan bütün girovların azad edilməsinə kömək etmək üçün yorulmadan işləməyi" vəd edib.
 
Dövlət katibi əlavə edib ki, "İrandan gələn təhlükələrin aradan qaldırılmasını və sülh üçün imkanlar axtarılmasını səbirsizliklə gözləyir".
 
Yanvarın 19-da İsrail DİN rəhbəri Qideon Saar bəyan edib ki, Tramp Qəzza bölgəsində atəşkəs sazişinin əldə edilməsinə təsir edib.
 
O, vurğulayıb ki, nə Tramp, nə də ABŞ-ın sabiq prezidenti Co Bayden administrasiyası İsraili belə qərarı öz iradəsinin əksinə olaraq qəbul etməyə məcbur etməyib.
 
Onun sözlərinə görə, ölkələr "çox mühüm vəzifəyə nail olmaq üçün birgə işləyib". Həmin gün Qəzza bölgəsində atəşkəs rejimi qüvvəyə minib. İsrail ilə HƏMAS arasında sövdələşmə çərçivəsindən döyüşlər dayandırılıb.
 
HƏMAS üzvləri Beynəlxalq Qırmızı Xaç nümayəndələrinə üç girov təhvil verib. Bundan sonra İsrail 90 fələstinli məhbusu azad edib. İlkin olaraq İordan çayının Qərn sahilinin 78 və Şərqi Qüdsün 12 sakini azad edilib.
 
Bundan öncə, yanvarın 21-də ABŞ prezidenti Donald Tramp Ağ Evdə Oval kabinetdə icra sərəncamlarını imzaladıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Mətbuat konfransında o, Qəzza bölgəsində atəşkəs razılaşmasının uzun müddət davam edəcəyinə əmin olmadığını bildirib, hərçənd, bu razılaşma onun səyləri nəticəsində imzalanıb.
 
Gələcəkdə Qəzzada hansı hökuməti görmək istədiyi ilə bağlı suala cavabında Tramp deyib ki, HƏMAS "heç bir gələcək hökumətin bir hissəsi olmamalıdır."
Link kopyalandı!
Son xəbərlər