Ekskluziv
434
16:39, Bu gün

"Yaxın zamanlarda Putini sanksiyalarla "boğmaq" mümkün olmayacaq" - "Foreign Affairs"

 
"Putin üçün suveren Ukrayna Rusiyanın iqtisadi tənəzzül perspektivindən daha ciddi təhlükə təşkil edir..."
 
ABŞ prezidenti Donald Tramp Ukraynada müharibənin tezliklə başa çatacağına söz verib. ABŞ və digər Qərb müttəfiqləri Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların münaqişənin sülh yolu ilə həlli üçün əsas vasitə olduğunu hesab edir. Onlar "zamanın Rusiyanın tərəfində olmadığını" düşünür.
 
Moderator.az xəbər verir ki, bu barədə "Foreigh Affairs" nəşri yazıb.
 
Lakin, nəşrin qeyd etdiyi kimi, Vladimir Putinin hələ də Qərbin təzyiqini "keçib getmək" üçün kifayət qədər resursları var. Məqalədə bildirilir ki, Putinin hazırkı strategiyası həqiqətən dayanıqsızdır.
 
"O, eyni anda həm Ukraynada müharibə aparmağa, həm rusiyalılar üçün normal həyat illüziyası yaratmaq məqsədilə yüksək sosial və infrastruktur xərclərini qorumağa, həm də makroiqtisadi sabitliyi saxlamağa çalışır. Bu üç məqsədi daimi olaraq yerinə yetirmək mümkün deyil. İlk iki məqsədə nail olmaq böyük maliyyə xərcləri tələb edir ki, bu da inflyasiyanı artıraraq üçüncü məqsədə çatmağa mane olur. Rusiya iqtisadiyyatındakı çatlar isə getdikcə daha aşkar görünür", - məqalədə qeyd olunur.
 
Lakin Qərbin əsas problemi vaxt amilidir, çünki Qərb liderləri müharibənin tezliklə başa çatmasını istəyir. Bəzi analitiklər hesab edir ki, qarşıdakı aylarda Rusiyaya təzyiq o qədər artacaq ki, Putin iqtisadiyyatı sabitləşdirmək və hakimiyyətini qorumaq üçün geri çəkilmə yolları axtarmağa məcbur olacaq.
 
"Lakin Qərbin ümidləri yanlış fərziyələrə əsaslanır. Rusiyanın iqtisadi problemləri hələ ki, müharibənin gedişinə əhəmiyyətli təsir göstərə biləcək səviyyədə deyil. Ən azı gələn il ərzində Kreml iqtisadiyyatının tammiqyaslı böhrana keçməsinin qarşısını almaq üçün kifayət qədər resurslara sahib olacaq. Putinin Ukraynadakı qəddar kampaniyasını davam etdirmək üçün hələ də vəsaiti və bəlkə də Qərbi gözləyib keçmək üçün motivasiyası olacaq", - analitiklər vurğulayır.
 
"Foreign Affairs" qeyd edir ki, Kreml üçün müharibə hər şeydən üstündür və Putinin əsas məqsədi dəyişməz olaraq qalır. O, Ukraynanın suverenliyini əlindən almaq istəyir və atəşkəs barədə mövcud təkliflərin heç biri onun maksimalist tələblərinə uyğun gəlmir:
 
"Putinin hazırkı hesablamalarına görə, suveren və müstəqil Ukrayna ideyası Rusiyaya iqtisadi tənəzzül perspektivindən daha ciddi təhlükə yaradır."
 
Ekspertlər vurğulayır ki, iqtisadi çökmə nəticədə Putin üçün qaçılmaz və təxirəsalınmaz bir reallığa çevriləcək, lakin Ukraynanın tərəfdarları bunun yaxın vaxtlarda baş verəcəyini gözləməməlidir.
 
Daha öncə Donald Tramp Putinin Ukrayna ilə bağlı danışıqlar masasına əyləşməyəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini bildirib. O, müharibənin, xüsusən də iqtisadi cəhətdən Rusiyaya vurduğu ziyanı son dərəcə sərt şəkildə qiymətləndirib.
 
Bununla yanaşı, ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker hesab edir ki, Putin Ukraynada müharibəni dayandırmaq tələbinə razı olmayacaq və bu, nəticədə Trampı "güc nümayiş etdirməyə", o cümlədən sanksiyaları sərtləşdirməyə və Ukraynaya hərbi dəstəyi davam etdirməyə məcbur edəcək.
Link kopyalandı!
Son xəbərlər