“Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Ekskluziv
476
01:33, Bu gün

“Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”

“Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar da az deyil. Onlar qısa və rahat yolu seçiblər. Müvəqqətidirlər.. Bunu özləri də bilirlər. Azərbaycandan Türkiyədə yaşayıb fəaliyyət göstərən teatr adamı Cahangir Novruzovla mənəm. Belə özfəaliyyətlər gəlirlər, amma onlar peşəkar deyillər. Cahangir Novruzovla çox gözəl dostluğumuz var. Bir neçə gün öncə də telefonla danışdıq. Bilirsiniz ki, Cahangir Novruzov Adananın Çukurova universitetində müəllimdir, pedaqoji fəaliyyətlə məşğul olur. Mən 6 il İstanbul Şəhər Teatrlarının direktor müavini vəzifəsində işləmişəm. Həmin müddətdə Cahangir müəllimin tələbələrini teatrda işə götürmüşəm. Gəlib deyiblər ki, mən Cahangir Novruzovun tələbəsi olmuşam. Cahangir Novruzovun adı bəs edirdi ki, onun tələbəsini işə götürəsən”
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib. O daha sonra əlavə edib.
 
“Bir az işlərimə mane olanlar, önümə daş qoyanlar var. Amma düzələcək. Allaha çox inanıram. Onun ədalətinə güvənirəm” deyə aktrisa bildirib.
Məlahət Abbasova bildirib ki, o həm də rejissor olaraq fəaliyyət göstərir.
 
“Türkiyədə rejissorluq fakültəsi yoxdur. Burada yaxşı rejissor olmaq istəyirsənsə öncə yaxşı aktyor və aktrisa olmalısan. Rejissorluq dünyagörüşüdür, həyata baxış bucağındır. 3-5 kitab oxumaqla rejissor olmursan. Məlahət Abbasova özbaşına rejissor olmayıb. Hələ o vaxt Türkiyəyə yeni gələndə Rusiyadan Aleksandr Kolyagin və s.rejissorları teatrımıza dəvət etmişdik. Mən bu insanlarla işlədim. Onlar mənim istedadımı görüb rejissor olmağımı tövsiyyə etdilər” deyə o bildirib.
Məlahət Abbasova pedaqoji fəaliyyətlə məşğul ola bilmədiyini də bildirib.
 
“Bir neçə universitetdən pedaqoji fəaliyyətlə məşğul olmağımla bağlı dəvətlər var. Amma buna vaxtım yoxdur. Dərs desəm gərək seriallarda çəkilməyim. Bəlkə də gələcəkdə baş tuta bilər, amma indi yox. Bu günlərdə Türkiyənin Təhsil Nazirliyinin dəstəyi ilə böyük rejissorumuz Mehdi Məmmədovun kitablarını tərcümə etməyə başlayacam. Artıq Mehdi Məmmədovun oğlu ilə danışmışam. O bütün kitabları mənə yollayacaq, tərcümə edəcəm. Həmin kitablardan buranın incəsənət universitetlərində dərslik kimi istifadə ediləcək. Buna nail olmaq həqiqətən də böyük qürurverici hadisədir” deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər