Ekskluziv
460
01:00, Bu gün

"ABŞ olmasaydı, İsrail artıq diz çökmüşdü" - Əli Xamenei

"Bu dəstək münaqişəni yalnız uzadır və Fələstin xalqının əzablarını artırır..."
 
ABŞ-ın dəstəyi olmasaydı, İsrail HƏMAS-la müharibədə məğlubiyyətə məhkum olardı.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co.il" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, İranın ali lideri Ayətullah Əli Xamenei kəskin açıqlama verərək, ABŞ-ın dəstəyi olmadan İsrailin müharibənin birinci həftəsinə belə tab gətirə bilməyəcəyini iddia edib.
 
"Əgər sionistlərə Amerika köməyi olmasaydı, onlar münaqişənin birinci həftəsində diz çökərdilər", - Xamenei bəyan edib.
 
İranın Ali dini lideri vurğulayıb ki, Vaşinqton İsrailə hərbi və diplomatik dəstək də daxil olmaqla hərtərəfli yardım göstərməkdə davam edir. Onun sözlərinə görə, bu dəstək yalnız münaqişəni uzadır və Fələstin xalqının əzablarını artırır.
 
Xəbər verildiyi kimi, İranın ali lideri Ayətullah Əli Xamenei son mərasimlərdən birində zirehli gödəkçədə görünüb. Ekspertlərin fikrincə, bu, onun öz təhlükəsizliyinə görə narahatlığının artdığını göstərir. Bu addım İran rejimi daxilindəki gərginliyi, daxili çaxnaşmaları və artan təhlükələri bir daha vurğulayır.
 
Milli Təhlükəsizlik İnstitutunun tədqiqatçısı Benni Sabati "Maariv"ə verdiyi müsahibəsində bildirib ki, Xameneinin zirehli gödəkçədə görünməsi təsadüfi deyil.
 
"Bu, xüsusən də Ali Məhkəmənin iki hakiminin məhkəmənin əməkdaşı tərəfindən öldürülməsindən sonra hakimiyyət zirvəsindəki dərin qorxulardan xəbər verir. Bu hadisə rejim üçün həyəcan siqnalı olub və təhlükənin hətta sistemin daxilindən qaynaqlana biləcəyini göstərib", - o, izah edib.
 
Son aylarda Xameneinin ətrafında təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib. Ekspertlər çoxlu sayda gənc mühafizəçinin mövcudluğuna diqqət çəkərək, İran liderinin narahatlığının səviyyəsini təsdiqləyir.
 
Sabati həmçinin qeyd edib ki, "Qüds" qüvvələrinin komandanı uzun müddətdir zirehli gödəkçə və gücləndirilmiş mühafizədən istifadə edir, indi isə Xamenei də onun yolunu gedir. "Bu, İran üçün misilsiz bir hadisədir və rejim daxilindəki qeyri-sabitliyi vurğulayır", - o, əlavə edib.
Link kopyalandı!
Son xəbərlər