“Təyyarə qəzası ilə bağlı Rusiyaya təzyiq onsuz da mövcuddur...”
Ekskluziv
262
16:09, Bu gün

“Təyyarə qəzası ilə bağlı Rusiyaya təzyiq onsuz da mövcuddur...”

Ukrayna Prezidenti Vladimir Zelenski Davosda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü barədə Feysbuk səhifəsində paylaşım edib. Zelinski qeyd edib ki, Aktaudakı təyyarə qəzası ilə bağlı Rusiyanın həqiqəti dilə gətirməsi üçün ona təzyiq göstərmək lazımdır.

 

Maraqlıdır, Rusiyanın həqiqəti dilə gətirməsi üçün ona doğrudan da təzyiq göstərilməlidirmi? Və daha bir sual, belə bir təzyiq mümkündürmü?

 

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə, Rusiyanın bu məsələdə ictimai təzyiqlə üzləşdiyini vurğulayıb:

 

“Rusiyaya bu məsələdə onsuz da təzyiq var. Mövcud ictimai rəy, media və sosial şəbəkələrdə aparılan müzakirələr, səs-küylər, etirazlar buna nümunədir.

 

Yanvarın sonunda möhlət başa çatır. Qəzaya nəyin səbəb olduğu araşdırmaçılar tərəfindən konkret elan edilməlidir.

 

Hesab edirəm ki, baş verənlərin hamısının günahkarı müharibə, onun doğurduğu fəsadlardır”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər