“Zəngəzur yolunun hərbi yolla açılması Azərbaycana xeyli zərər gətirə bilər...”- Analitik
Ekskluziv
409
14:34, Bu gün

“Zəngəzur yolunun hərbi yolla açılması Azərbaycana xeyli zərər gətirə bilər...”- Analitik

“Çünki buna görə Azərbaycana Qərb tərəfindən, sivil dünya tərəfindən çox ağır bədəllər ödədilə bilər...”
 
“Açığı, mən Zəngəzur dəhlizinin Azərbaycan və Ermənistanın qarşılıqlı maraqları və anlaşması çərçivəsində açılmasının tərəfdarıyam. Təbii ki, öncə də Azərbaycan dövlətinin milli maraqlarının qorunması şərti ilə... Bilirsiz, son illər hər dəfə deyirik ki, Zəngəzir dəhlizinin açılmasını İran istəmir, Fransa istəmir, Gürcüstan istəmir... Bu işin hərbi yolla həll ediləcəyi ehtimalını da hələlik görmürəm. Çünki buna görə Azərbaycana Qərb tərəfindən, sivil dünya tərəfindən çox ağır bədəllər ödədilə bilər. 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Əgər Ermənistan siyasi yolla Zəngəzur yolunu açmağa razılaşmazsa, 2025-ci ildə Azərbaycanın həmin yolu Rusiyanın da siyasi dəstəyi ilə hərbi yolla açması ehtimalı nə qədərdir?” sualını cavablandıran beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı ifadə edib.
 
“Hazırda Zəngəzur məsələsiylə bağlı Rusiyanın Azərbaycana təzyiqi var. Amma bunun qarşılığında  Azərbaycan dövləti də çox uğurlu siyasət aparır ki, biz bu bataqlığa düşməyək. Bununla belə, 2025-ci ildə xüsusən Naxçıvanın blokadadan çıxarılması məqsədilə Zəngəzur dəhlizi ilə bağlı diplomatik gediş və danışıqların daha da intensiv olacağını düşünürəm. İndiki məqamda, öncə dediyim kimi, məsələnin hərbi yolla həlli Azərbaycana xeyli zərər gətirə bilər. Odur ki, mümkün olduğu qədər Zəngəzur dəhlizinin açılmasının sivil üsullarla, danışıqlarla, siyasi-diplomatik yolla təmin edilməsinə önəm verirəm”, - deyə davamında analitik vurğulayıb.
 
Sultan Laçın   
 
 
 
Link kopyalandı!
Son xəbərlər