Ekskluziv
259
14:06, Bu gün

"Putin Trampın Ukraynada müharibəni dayandırmaq tələbinə razı olmayacaq" - "Politico"

 
"Trampın komandası güc nümayiş etdirməli, daha çox qətiyyət göstərməli olduğunu anlayacaq..."
 
Ukrayna ümid edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya ilə müharibəyə son qoya biləcək. Lakin Rusiya diktatoru Vladimir Putin, çox güman ki, müharibəni dayandırmağa razı olmayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker "Politico" nəşrinə müsahibəsində bildirib.
 
"2024-cü il gözləntilər ili kimi yadda qalıb. Seçkilər olub, diqqətimiz başqa şeylərə yönəlib, Bayden administrasiyası gah "yox", gah da "hə" deyib. 2025-ci il fəaliyyət ili kimi görünür, nəhayət, irəliləyirik," - Volker deyib.
 
O, vurğulayıb ki, qarşıdakı həftələr həm Kiyev, həm də Moskva üçün həlledici olacaq. "Mən düşünürəm ki, Tramp Putinə zəng edib müharibəni dayandırmasını tələb edəcək. Məncə, Putin buna razı olmayacaq və Trampın komandası başa düşəcək ki, güc nümayiş etdirməli, daha çox qətiyyət göstərməli və bütün variantları masaya qoymalıdır," - Volker qeyd edib.
 
Onun sözlərinə görə, bu, daha sərt sanksiyaları, Putinin hərbi büdcəsini məhdudlaşdırmaq üçün ABŞ-ın enerji ixracını əhəmiyyətli dərəcədə artırmağı və Ukraynaya hərbi dəstəyi davam etdirməyi nəzərdə tuta bilər.
 
"Bunu vergi ödəyicilərinin pulu ilə etmədən müxtəlif yollarla, o cümlədən lendliz proqramı və Avropada dondurulmuş 300 milyard avro məbləğində Rusiya aktivlərinin müsadirə edilməsi ilə həyata keçirmək mümkündür. Bu pullarla Amerikanın müdafiə avadanlığı alına bilər," - Volker əlavə edib və qeyd edib ki, bu, Putinə "yaxşıya doğru heç bir dəyişiklik olmayacaq" mesajını verəcək.
 
Tramp və Ukraynada müharibə
 
Bundan öncə Donald Tramp bəyan edib ki, Putin Ukrayna ilə bağlı danışıqlar masasına əyləşməsə, çox güman ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.
 
Eyni zamanda, Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixailo Podolyak bildirib ki, Tramp Putinlə danışdıqdan sonra anlayacaq ki, Putin dövründəki Rusiya ilə hər hansı razılığa gəlməyin mənası yoxdur və Ukraynaya dəstəyi, sadəcə, gücləndirmək lazımdır.
Link kopyalandı!
Son xəbərlər