Gürcüstanın baş naziri Kobaxidze Trampın “dostu” deyil, Çinin “peşkası
Ekskluziv
336
08:18, Bu gün

Gürcüstanın baş naziri Kobaxidze Trampın “dostu” deyil, Çinin “peşkası"dır”...-Respublikaçı konqresmen

"MEGOBARI" Aktının müəllifi, Helsinki Komissiyasının rəhbəri konqresmen Co Vilson Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ABŞ-nin yeni prezidenti Donald Trampa təbrikini şərh edərək, onu Çinin və “İran rejiminin” marionetkası-“kuklası” adlandırıb.
 
“Qeyri-qanuni marionet baş nazir İvanişvili prezident Donald Trampın dostu deyil. O, ÇKP (Çin Kommunist Partiyası - red.) və İran rejiminin "peşkası"-piyadasıdır və tezliklə ABŞ-nin sanksiya siyahısına düşəcək. 
 
Konqresmen yazır: “Gürcüstanın qanuni prezidenti və ABŞ-nin dostu Salome Zurabişvili andiçmə mərasimində iştirak edib!”
 
Vilson qeyd edib ki, Gürcüstanın qanuni nümayəndəsi oliqarx İvanişvilinin “kukla” baş naziri deyil, beşinci prezident Salome Zurabişvilidir.
 
"Hazır olun:
 
İvanişvili;
Maduro;
Xameneyi;
Hərbi cinayətkar Putin;
Kim Çen In;
Si Cinpin;
“Əl-Bədr" terrorçuları”, -deyə konqresmen xəbərdarlıq edib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər