Ekskluziv
397
13:07, Bu gün

"Putin Kiyevlə sülhə gəlməsə, Rusiyanı məhv edəcək" - Tramp

 
"Putin bu müharibəni bitirməlidir, çünki o, Rusiyanı məhv edir və onu böyük problemlərlə üz-üzə qoyur..."
 
Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəni dayandırmaq üçün saziş bağlamaqdan imtina edərək Rusiyanı məhv edir. Amma Ukrayna prezidenti Vladimir Zelenski sülh müqaviləsi bağlamaq istəyir.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Oval Ofisdə jurnalistlərlə söhbət zamanı bəyan edib. Məlumatı "Fox News" nəşri yayıb.
 
"Zelenski mənə deyir ki, saziş bağlamaq istəyir. Yəni, o, razılığa gəlmək istəyir. Zelenski saziş bağlamaq istəyir. Mən bilmirəm, Putin bunu istəyir, ya yox. Bilmirəm. Amma o, saziş bağlamalıdır. Məncə, o, saziş bağlamamaqla Rusiyanı məhv edir," - Tramp deyib.
 
ABŞ-ın yeni prezidenti qeyd edib ki, bunun nəticəsində Rusiyanın böyük problemləri olacaq, çünki əksər rusiyalılar müharibənin bir həftəyə bitəcəyini düşünüb. "Düşünürəm ki, Putin müharibəni bitirsə, bu, onun üçün çox yaxşı olar," - amerikalı lider əlavə edib.
 
Tramp Putinlə danışacağını qeyd edib, lakin vaxtı dəqiqləşdirməyib. "Mən Putinlə çox yaxşı anlaşa bilirəm. Ümid edirəm ki, o, saziş bağlamaq istəyir," - o, əlavə edib.
 
Donald Tramp prezidentliyə namizəd olduğu dövrdə Ukraynadakı müharibəni 24 saat ərzində dayandıra biləcəyini bəyan etdiyini xatırladıb. Bununla yanaşı, Tramp qeyd edib ki, bu məqsədə çatmaq üçün hələ yarım günü var.
 
"Biz bunu mümkün qədər tez etməyə çalışacağıq. Bilirsiniz, Ukrayna ilə Rusiya arasındakı müharibə, ümumiyyətlə, başlamamalı idi," - o, deyib.
 
Bu arada Vladimir Putin bazar ertəsi Donald Trampı ikinci müddətə seçilməsi münasibətilə təbrik edib. O, Ukraynada davam edən müharibə və nüvə silahı ilə bağlı məsələlər daxil olmaqla vacib qlobal məsələlərin müzakirəsinə hazır olduğunu bildirib.
Link kopyalandı!
Son xəbərlər