“Azərbaycanla Ermənistan arasında sülhün qarantı Rusiya olacaq... Tramp isə yalnız  bunun əsasında.
Ekskluziv
956
21 Jan 2025 | 11:21

“Azərbaycanla Ermənistan arasında sülhün qarantı Rusiya olacaq... Tramp isə yalnız  bunun əsasında.

..“Ermənistan 102-ci bazanı heç vaxt boşalda bilməz. Bütün Ermənistan bilir ki, Rusiya ondan əlini götürsə, ora ya Türkiyənin, ya da İranın ərazisinə çevriləcək...”
 
Suyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün qısa telefon söhbətimizdə ABŞ-nin  dünən and içmiş yeni prezidenti Donald Trampın hakimiyyəti dövründə Güney Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətindən gözləntilərdən danışdıq.
 
-Sizcə,  ABŞ-nin yen lideri Donald Tramp öz hakimiyyəti dövründə Cənubi Qafqaza, ayrıca Azərbaycana, Ermənistan və Gürcüstana necə yanaşacaq?
 
-Əvvəki kimi. Çünki ABŞ bir layner gəmidir. Bir tutduğu marşrut var və yalnız onunla gedir. Prezidentlər gəldi-gedərdi. Laynerin marşrutu , strateji xətti isə heç vaxt dəyişmir...
 
-Əgər Ermənistan siyasi yolla Zəngəzur yolunu açmağa razılaşmazsa, 2025-ci ildə Azərbaycanın Rusiyanın da siyasi dəstəyi ilə Zəngəzur dəhlizini hərbi yolla açması ehtimalı nə qədərdir?
 
-Bunu Azərbaycan tərəfi çoxdan etməli idi. Bunun üçün Azərbaycanın əlində 10 noyabr 2020-ci il razılaşması vardır. Buna əsasən Azərbaycanın tranzit yolları Zəngəzurdan keçib Naxçıvana birləşməli idi. Bu yol Rusiya iqtisadiyyatı  üçün xilas yolu, Türkiyə üçün isə inkişaf yolu idi. Bu yolun işləməsinə maneə isə İrandır... 
 
-Amma Kreml üçün ziyanlı bir məsələ var ki, əgər Putin rejimi Azərbaycanın Zəngəzuru hərbi yolla açmasına göz yumarsa, o halda Ermənistan əhalisinin əksəriyyətinin Rusiyaya qarşı nifrətləri daha da artacaq və onlar öz hökumətlərindən 102-ci bazanın və sərhəddəki bütün “FSB” qoşunlarının ölkədən çıxarılmasını tələb edə bilərlər?
 
-Ermənistan 102-ci bazanı heç vaxt boşalda bilməz. Bütün Ermənistan bilir ki, Rusiya ondan əlini götürsə, ora ya Türkiyənin, ya da İranın ərazisinə çevriləcək...
 
- Tramp deyir ki, mən hakimiyyətə gələndən sonra bütün müharibələr dayanmalıdır. Sizcə o, müxtəlif rıçaqlar vasitəsilə Azərbaycan və Ermənistanı sülh sazişi imzalamağa məcbur edə bilərmi?  
 
- Azərbaycan-Ermənistan sülh sazişi 10 noyabr 2020-ci il razılaşması əsasında Rusiyanın iştirakı ilə bağlanacaq. Və bu sülhün qarantı Rusiya olacaq. Tramp ancaq  bunun əsasında sülhü  bərpa edib, tranzit yolların işləməsinə şərait yaradacaq. Çünki Zəngəzur dəhlizinin işləməsi ilk növbədə ABŞ-nin iqtisadi maraqlarına uyğundur...
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər