Ekskluziv
411
00:13, Bu gün

"Psixiatrlar Ficoya açıq məktub yazaraq istefa verməsini tələb edib..."

"Bizi şoka salan Sizin Avropa İttifaqı və NATO-nun siyasətinə zidd olan xarici siyasət təşəbbüslərinizdir..."
 
Slovakiyada 100-dən çox psixologiya və psixiatriya mütəxəssisi baş nazir Robert Ficoya açıq məktubla müraciət edib, onun davranışına diqqət yetirməsini istəyib və istefa verməsini tələb edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "news.liga.net" nəşri məlumat yayıb.
 
Məktub müəllifləri psixiatriya və psixologiya sahəsində iki aparıcı mütəxəssis- Yozef Qaşto və Anton Heretikdir. Onlarla birlikdə məktubu Slovakiyanın müxtəlif yerlərindən olan mütəxəssislər də imzalayıb. Məktubun məzmununu Slovakiya mətbuatı "Aktuality" və "Dennikn" yayımlayıb.
 
Həkimlər Slovakiya əvvəlcə baş nazirinin daxili siyasətini tənqid edib. Onların sözlərinə görə, bu siyasət yalnız öz hakimiyyətini gücləndirməyə yönəlib. Onlar əmindir ki, Fico infrastrukturun qurulması, təhsil və səhiyyənin bərbad vəziyyəti məsələlərinə lazımi diqqət ayırmır.
 
"Sizin siyasi davranışınız getdikcə daha çox avtoritar idarəçilik tərzi, faktların manipulyasiyası, yalan, böhtan və siyasi opponentlərə, jurnalistlərə, eləcə də siyasətinizlə razılaşmayan adi vətəndaşlara hücumlarla xarakterizə olunur", - müəlliflər qeyd edib.
 
Onlar bildirib ki, Ficoya xas olan bu siyasi davranış Slovakiya cəmiyyətində qütbləşməyə səbəb olur və əhalinin böyük hissəsində narazılıq yaradır.
 
"Daha çox insan artıq yalnız iş və ya təhsil üçün deyil, şəxsi səbəblərə görə də ölkədən köçməyi düşünür. Onlar dövlət siyasətinin belə təhqiredici, istehzalı və aqressiv olduğu ölkədə yaşamaq istəmir", -  psixoloqlar əlavə edib.
 
"Daha çox bizi Sizin Avropa İttifaqı və NATO-nun siyasətinə zidd olan xarici siyasət təşəbbüsləriniz şoka salır. Rusiya-Ukrayna müharibəsində sizin mövqeyiniz aydın deyil: kimin təcavüzkar, kimin isə müdafiə olunan qurban olduğu bəlli deyil", - psixiatrlar vurğulayıb. 
 
"Siz Ukraynanın demokratik yolla seçilmiş prezidentini təhqiredici ifadələrlə tənqid edir, artıq üç ildir işğalçılarla qeyri-bərabər müharibə aparan bir ölkəyə qarşı hörmətsizlik nümayiş etdirirsiniz. Həmçinin tərəddüd etmədən Moskvaya gedib, on minlərlə insanın ölümünə siyasi və mənəvi məsuliyyət daşıyan Rusiya prezidentinin əlini sıxırsınız", - müəlliflər qeyd edib.
 
"Rusiya ölkənin infrastrukturlarını məhv edir, yaşayış binalarına, məktəblərə, xəstəxanalara və teatrlara hücum edir. Lakin siz həmkarlarınızı və koalisiya tərəfdaşlarınızı Rusiya imperializminə güzəştə getməyə çağırırsınız", - psixiatrlar əlavə edib.
 
"Ümid edirik ki, öz davranışınızı təhlil etmək və siyasi davranışınızı düzəltmək, o cümlədən böyük siyasətdən ayrılmaq barədə düşünmək qabiliyyətinə maliksiniz", - mütəxəssislər tövsiyə edib.
 
Robert Fico bu tənqidlərə sosial şəbəkələrdə cavab verib. O, psixiatrları və psixoloqları hazırkı hökumətə uzun müddətdir qarşı olan şəxslər kimi xarakterizə edib və onları peşəkar bacarıqlarından siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edib.
 
"Çox təəssüf hissi ilə qeyd etməliyəm ki, siz peşəkar missiyanızdan siyasi məqsədlər üçün kobud şəkildə istifadə etmisiniz və Slovakiyada çoxsaylı insanlar arasında hər hansı bir hörməti itirmisiniz", - Fico yazıb.
 
Fico əlavə edib ki, hakimiyyətin dəyişməsi üçün "saxta tibbi məcmuələr" deyil, demokratik parlament seçkiləri lazımdır.
Link kopyalandı!
Son xəbərlər