“Ağ ölüm”ə qarşı ən effektiv mübarizə vasitəsi budur ki...”
Ekskluziv
449
20 Jan 2025 | 21:06

“Ağ ölüm”ə qarşı ən effektiv mübarizə vasitəsi budur ki...”

“Narkotiklərə qarşı aparılan mübarizənin səmərə verməsi üçün tələb olunan ən mühüm amil vətəndaşla dövlət arasında daha geniş əməkdaşlığın təşkilidir”.

 

Bunu Moderator.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, peşəkar hüquqşünas Əliməmməd Nuriyev bildirib. Hquqşünas qeyd edib ki, yalnız bu halda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı effektiv mübarizəni təmin etmək olar:

 

“Azərbaycan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurla mübarizə aparır və bütün statistik göstəricilər bunu sübut edir. Dövlətimizin qətiyyəti, hüquq-mühafizə orqanlarımızın peşəkarlığı bu uğuru stimullaşdırır. Ancaq praktika sübut edir ki, bu cür hallara qarşı ən təsirli mübarizə üsulu vətəndaşlarla əlaqədar dövlət qurumlarının birgə əməkdaşlığı sayəsində mümkündür.

Dünya praktikası da sübut edir ki, məhz vətəndaş-dövlət əməkdaşlığı bu problemə qarşı effektiv mübarizəni təmin edir. Bu baxımdan Azərbaycanda da vətəndaşlar narkotiklərə qarşı mübarizədə dövlət qurumları ilə daha geniş əməkdaşlıq etməli, əldə etdikləri informasiya ilə bağlı hüquq-mühafizə orqanlarını məlumatlandırmalıdır. Yalnız belə olan halda biz bu bəlaya qarşı mübarizədə indikindən də böyk uğurlar əldə edə bilərik”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər