Ekskluziv
427
15:11, Bu gün

"ABŞ-nin yeni prezidenti Ukraynadakı müharibəni bitirmək niyyətindədir" - Trampın müşaviri

 
"Ukraynada müharibə "ət maşınına" çevrilib və Üçüncü Dünya müharibəsinə səbəb ola bilər..."
 
ABŞ-ın yeni prezidenti Donald Tramp Ukraynadakı müharibəni başa çatdırmaq qərarına gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə prezidentin təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini tutacaq Maykl Volts CBS telekanalına müsahibəsində bildirib.
 
Volts qeyd edib ki, Trampın planlarını açıqlamaq istəməsə də, müharibənin başa çatdırılması ilə bağlı üç əsas məqam var:
 
"Birincisi, biz danışıqlar masasına kimi dəvət edəcəyik? İkincisi, onları masa arxasına necə əyləşdirəcəyik?Üçüncüsü, razılaşmanın çərçivələri necə olacaq?" - deyə o bildirib.
 
"Prezident Tramp açıq şəkildə bəyan edib ki, bu müharibə başa çatmalıdır", - Volts əlavə edib.
 
O, həmçinin vurğulayıb ki, Ukrayna prezidenti Vladimir Zelenski Tramp ilə müharibənin başa çatdırılması məsələsində əməkdaşlığa hazırdır.
 
Müşavir xəbərdarlıq edib ki, Ukraynadakı müharibə bir "ət maşınına" çevrilib və Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. "Bu müharibə başa çatmalıdır və prezident Tramp bunu açıq şəkildə bəyan edib və bu məqsədi həyata keçirməkdə qərarlıdır", - deyə Volts bildirib.
 
Tramp və Ukraynadakı müharibə
 
Tramp seçki kampaniyası zamanı prezident seçiləcəyi təqdirdə Ukraynadakı müharibəni bir gün ərzində bitirəcəyinə söz vermişdi. Lakin artıq indi aydın olur ki, bu vədi yerinə yetirmək mümkün olmayacaq.
 
Dünən Vaşinqtonda keçirilən mitinqdə çıxış edən Tramp Ukraynadakı müharibəni başa çatdıracağına ictimaiyyət qarşısında bir daha söz verib və qeyd edib ki, vəzifəyə başladıqdan dərhal sonra Rusiya diktatoru Putinlə əlaqə saxlayacaq.
Link kopyalandı!
Son xəbərlər