Ekskluziv
586
11:31, Bu gün

"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..."-Konqresmen 

"MEGOBARI" Aktının müəllifi və Helsinki Komissiyasının rəhbəri konqresmen Co Vilson ölkədən qaçan Suriya diktatoru Bəşər Əsədlə Moskvada “qonşu” olacaq oliqarx İvanişvilinin “gələcəyi” haqda yazıb.
 
Moderator.az bu haqda "SOVA" nəşrinə istinadla xəbər verir.
 
“Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaqlar. Bəs müharibə cinayətkarı Putinin yalan imperiyası dağılanda onlar hara qaçacaqlar", - Vilson yazır.
 
Yada salaq ki, Co Vilson gürcü müxalifətini və xüsusən də Gürcüstanın qanuni prezidenti hesab etdiyi Salome Zurabişvilini fəal şəkildə dəstəkləyir. Zurabişvili məhz onun dəvətilə yanvarın 20-də Donald Trampın andiçmə mərasimində iştirak edir.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər