“O, qatildir və bütün mükafatlardan məhrum edilməlidir”
Ekskluziv
1102
17:17, Bu gün

“O, qatildir və bütün mükafatlardan məhrum edilməlidir”

Azərbaycanda bir qrup QHT və 20 Yanvar şəhidlərinin ailə üzvləri Norveç Nobel Komitəsinə müraciət edərək, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsini xahiş ediblər.

 

Moderator.az-a açıqlamasında məlum müraciətə münasibət bildirən millət vəkili Asim Mollazadə Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsinin vacib olduğunu bildirib:

 

“O, bir qatildir və aldığı bütün müklafatlardan məhrum edilməlidir. Çünki 1990-cı ilin 20 Yanvar faciəsində Qorbaçovun iştirakı, qoşunlaırn məhz onun əmri ilə Bakıya daxil olması hər kəsə məlumdur. Bu baxımdan, şəhid ailələrimiz, QHT nümayəndələri haqlı olaraq belə bir müraciət ünvanlayıblar.

 

Doğrudur, Qorbaçovdan Nobel Sülh Mükafatının alınacağına inamım elə də böyük deyil. Çünki Nobel Sülh Komitəsinin bu kimi məsələlərə münasibəti məlumdur. Ancaq buna baxmayaraq, biz bundan sonra da Qorbaçovun xalqımıza qarşı tarixi cinayətini ifşa etməli, onun əsl simasının bütün dünyaya tanıtmalıyıq. Dünya bilməlidir ki, Nobel Sülh Mükafatı ilə təltif edilən Qorbaçov xalqımıza qarşı necə dəhşətli cinayətlərə yol verib, xalqın azadlıq istəyini qan gölündə necə boğmağa çalışıb”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər