16:14
10°C
Bakı
ABŞ-da veteranların özəl xəstəxanalara “yolunu açan” yeni qanun layihəsinin qəbulu gündəlikdədir.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, hazırda bu ölkədə veteranlar əsasən dövlət xəstəxanalarında müalicə alır ki, bu da mövcud tələabatı ödəmir. Özəl xəstəxanalarda müalicə imkanlaırnın daha geniş olduğunu bildirən veteranlar uzun illərdir ki, Ağ Evdən bu problemi həll etməyi tələb edirlər. Onlar hesab edir ki, veteranların özəl xəstəxanalarda dövlət hesabına və ya güzəştli şərltlərlə müalicəsi keçmiş döyüşçülərin sağlamlıq təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Qeyd edək ki, məlum qanun layihəsinin qəbulunun oxşar problemlə üzləşən digər ölkələr üçün də presedent ola biləcəyi ehtimal olunur.
Seymur ƏLİYEV