Bizi sosial şəbəkələrdən izləyin:
Təyyar Bəşirzadə bədənindəki qəlpənin xaric edildiyini və özünü rahat hiss etdiyini bildirib...
Xəbər verdiyimiz kimi, Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinin Putin işğalçılarından müdafiəsi zamanı yaralanmış əslən Bərdə rayonunun Alpoud kəndindən olan soydaşımız Təyyar Bəşirzadə bu gün hospitalda əməliyyat olunmalıydı.
Moderator.az əməkdaşı az əvvəl yaralı həmyerlimizlə əlaqə saxlayıb.
Təyyar Bəşirzadə əməliyyatın uğurla keçdiyini, həkimlər tərəfindən bədənindəki qəlpənin xaric edildiyini və özünü rahat hiss etdiyini bildirib.
Qeyd edək ki, Təyyar Bəşirzadə uzun illərdir Ukraynanın Ternopıl şəhərində yaşayır, Ukrayna vətəndaşıdır. O, müharibəyə qədər bu ölkədə idman sahəsində fərqlənən azərbaycanlılardan olub...
Həmyerlimizə Allahdan şəfa diləyirik...
S. Laçın