Bizi sosial şəbəkələrdən izləyin:
“Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasınin tezləşdirilməsi üçün Bakıya gəlib. Türkiyə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını bir neçə aya yekunlaşdırılmasinı istəyir. Ankara Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, sərhədlərin delimitasiya və demarkasiya komissiyasının yaradılması və bu istiqamətdə həyata keçirilən real işləri sülh üçün təməl baza kimi qəbul edir”
Bunu Moderator.az-a açıqlamasında Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi Türkiyənin Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanla danışıqlar apararaq növbəti mərhələdə açılmasına nail olunacağını vurğulayıb:
“Rəsmi Ankara Ermənistan və Azərbaycandan sülh prosesini uzada biləcək əlavə şərtlərin irəli sürməsini qəbul etmir. Məhz Hakan Fidan sülh müqaviləsinin bağlanması və digər şərtlərin irəli sürülməməsi üçün Azərbaycanla danışıqlar aparmaq üçün Bakıya gəlib. Azərbaycan və Ermənistan arasında 17 bəndlik sülh müqaviləsinin mətni hazırlanıb. Mətnin 15 bəndi razılaşdırılıb. Yəni, sülh mətnin 90% razılaşdırılıb. Ankara iki bənd razılaşdırılmaqla, qısa bir vaxtda sülhün əldə edilməsini istəyir.
Azərbaycan tərəfindən son günlərdə bir neçə şərtlər irəli sürülüb. Həmçinin Ermənistanda əlavə şərtlər irəli sürüb. Amma, Türkiyə mövcud reallıqlara uyğun davranmağı tövsiyə edir. Türkiyə XİN rəhbəri Hakan Fidan Bakıdan əliboş qayıtmayacaq. Yaxın perspektivdə sülh istiqamətində ciddi addımlar mümkündür. Türkiyə Ermənistanla sərhədlərini açmaq istəyir”.
Mehin Mehmanqızı