"Son bir neçə gündür İranda olan arxiyepiskop Baqrat Qalstanyan bu gün Tehran Erməni Yeparxiyasının rəhbəri arxiyepiskop Sepuh Sarkisyanla görüşüb.
Yanvarın 18-də, saat 19:30-da Baqrat Srbazanın ictimaiyyətlə görüş planlaşdırılır".
“Haykakan Jamanak ” isə İrandakı mənbələrindən xəbər alıb ki, keşiş Baqrat guya həmin ölkəyə müalicə üçün gedib və o, səfəri zamanı “Daşnaksütyun”unun yerli fəallarıyla da görüşəcək. “Kim bilir, bəlkə də müalicədən əvvəl yeni göstərişlər alacaq”, -deyə nəşr vurğulayır.
Erməni nəşri onu da qeyd edir ki, Tehran Erməni Yeparxiyasının rəhbəri Sepuh Sarkisyan ötən il Qalstanyanın başlatdığı və keçmiş hökumətin, yəni R.Köçəryan və S.Sərkisyanın, o cümlədən “Daşnaksütyun”un da dəstəklədiyi hərəkatı alqışlamışdı...
Onu da xatırladaq ki, 2024-cü ilin mayında keşiş Baqrat Qalstanyan İranın sabiq prezidenti İbrahim Rəisiynin ölümü ilə bağlı başsağlığı vermək üçün İranın İrəvandakı səfirliyini ziyarət edərkən belə deyib(axar.az):
“İran Ermənistan üçün dost ölkədir. Şəxsi müstəvidə qohumluq hissim həm də ailəmin İrandan Ermənistana köçməsi ilə bağlıdır. Ailəm İranın qayğısını özündə yaşatdı və bu qohumluq hissi heç vaxt yox olmadı…”
Yəni, keşiş Baqrat Rusiya imperiyasının XIX əsrin əvvəllərində İrandan Qərbi Azərbaycan ərazisinə köçürdüyü ermənilərin nəslindəndir…
P.S Görəsən, Moskvada Rusiya ilə İran arasında Hərtərəfli(!) Strateji Tərəfdaşlıq Sazişi imzalanmasının ardınca böyük ehtimalla Kremldən Putinin dostu Robert Köçəryanın dəstəyi ilə idarə olunan revanşist keşiş Baqratın Tehranda nə işi var? Yoxsa Paşinyanın devrilməsi üçün rıçaqlar birləşdirilir...
S.Laçın
S.Laçın