Ekskluziv
894
07:47, Bu gün

"Ruslar Pokrovskı heç yarımhəlqəyə də ala bilməyib..."Sutkada 300-ə yaxın işğalçı məhv edilir..."

Xəbər verildiyi kimi,  dünən - yanvarın 17-i axşam saatlarında Ukrayna Ali Radasının deputatı Mariya Bezuqlaya guya Rusiya ordusu Donetsk vilayətinin Pokrovsk şəhərinə daxil olduğu haqda açıqlama yayıb. Lakin Ukrayna hərbi dairələri bu iddianı təkzib edib.

"Rusiya işğalçı qüvvələri Pokrovsk ətrafına  yerləşdirmək üçün digər ərazilərdən bölmələri çıxarır".
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Sergey Tsexotski məlumat verib.
 
"Hücumlar hazırda davam edir. Düşmən əsasən avtomobillərdə və arabalarda hərəkət edir. Artıq onların müxtəlif modelli "Jiquli" avtomobillərində hərəkəti qaydaya çevrilib", - o, "Espresso" telekanalının efirində deyib.
 
Onun sözlərinə görə, ruslar duman örtüyü altında və ya gecələr hərəkət etmək və toplanmaq üçün hava şəraitindən fəal şəkildə istifadə edirlər. Eyni zamanda, Müdafiə Qüvvələri onları müəyyən etməyə nail olur və uzaq yaxınlaşmalarda məhv etməyə çalışır.
 
"Ümumilikdə, Müdafiə Qüvvələri Pokrovsk istiqamətində  gündəlik orta hesabla 300-ə yaxın işğalçını məhv edir və bu rəqəm hər gün müsbət və ya mənfidir. Biz görürük ki, işğalçılar öz niyyətlərindən əl çəkmirlər. İşğalçılar ölkənin cənub-qərbinə qüvvələr atmağa çalışırlar. Pokrovskdan da məlumat var ki, düşmən başqa istiqamətlərdən gəlir, bölmələri çıxarır, lakin onlar üçün nəzərdə tutduqları uğura nail olmur”, - deyə Tsexotski əlavə edib.
 
Bir qədər əvvəl isə Ukrayna Silahlı Qüvvələrinin digər hərbçisi Yevgeni İevlev "RBK-Ukrayna"nın efirində belə deyib:
"Xeyli səylərə baxmayaraq, ruslar Pokrovskı hətta yarımhəlqəyə də ala bilməyiblər, buna görə də şəhəri mühasirəyə almaqdan söhbət gedə bilməz".
 
S.Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər