Vaxtiylə prezidentlik iddiasına düşən, Vətən müharibəsində şəhərlərimizin bimbalanmasını, dinc insanların ölümünü sevinclə izləyən “baş separatçı” Arayik Arutyunyan məkəmədə çıxış edib. O, vaxtiylə Gəncənin vurulması ilə bağlı verdiyi həyasız bəyanatdan təəssüf hissi keçirdiyini bildirib:
“Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”.
Arayik Arutyunyanın məhkəmə ifadəsinin qeyri-səmimi olduğu, sadəcə düşdüyü situasiyadan qaynaqlandığı şübhəsizdir. Yəqin ki, baş separatçı Vətən müharibəsində Gəncənin bombalanmasını seyr edərkən, bir gün bu cinayətlərə görə cavab verəcəyini ağlına belə gətirmirdi. Əslində, 30 illik cəzasızlıq mühiti fonunda Araikin gələcəklə bağlı o zamankı qayğısızlığı başadülən idi. Məşhur ABŞ yazıçısı Ernest Heminqueyin dediyi kimi, “hər kəs haqlıdır, ta ki, yanılana qədər”...
Araik də yanıldı və məlum oldu ki, onun toxunulmazlıqla bağlı düşüncəsi sabun köpüyündən başqa bir şey deyil. Buna görə də riyakar erməni xislətinə uyğun olaraq, çevik şəkildə mövqe dəyişən Araik, indi təkrar-təkrar üzrxahlıq etməklə özünü bağışlatmaq niyyətindədir. Lakin onun törətdiyi cinayətlərin miqyas və nəticəsi o qədər dəhşətlidir, etdiyi hər üzr ona olan nifrəti sadəcə bir qədər də artırır, xalqımıza qarşı yol verilən dəhşətli cinayətləri yada salır. Və bu yerdə Həzrəti Əlinin məşhur kəlamı yada düşür: “Üzrü təkrarlamaq günahı yada salmaqdır”.
Üzr istəmək və beləcə bağışlanmaq istəyinə gəlincə, Araik bu məsələdə də yanılır. Çünki zamanında edilməyən və nəyisə dəyişmək iqtidarında olmayan peşmançılıq qəbul edilmir. Qədim Misir nəğməsində deyildiyi kimi:
“Sonaklı etrirafı ,
Heç də alqışlamazlar,
Dönüb Tanrı olsan da,
Səni bağışlamazlar”.
Seymur ƏLİYEV