“Rusiya ilə İran arasında imzalanan Strateji Tərəfdaşlıq Sazişi Qərb blokuna qarşı yönəlib”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Sona Əliyeva bildiirb. Ekspert qeyd edib ki, son illər dünyada baş verən bir sıra proseslər İran və Rusiyanın yaxınlaşmasını təmin edib:
“Əslində, bu sazişin bünövrəsi hələ 2022-ci ildə qoyulmuşdu. Birləşmiş Ştatların Cənubi Qafqaza həmlələri və Rusiyaya qarşı bütün Avropa dövlətlərini bir çətir altına toplaması Tehranla Moskvanı birləşdirmişdi. Birləşmiş Ştatlarla Ermənistan arasında yenicə imzalanan xartiyadan sonra Kreml Vaşinqtona bu cavabı verdi.
Qərb Gürcüstanda məğlub olduqdan sonra regionda bütün oyunlarını Ermənistan üzərində qurmağa başlayıb. Şübhəsiz ki, İrəvanın keçmiş aşnalarına bu cür badalaq gəlməsi İranla Rusiyanı bir xeyli hiddətləndirib. Çox güman ki, ABŞ Ermənistanda hərbi baza quracağı təqdirdə İrəvan Moskva- Tehran-Vaşinqton üçlüyünün poliqonuna çevriləcək”.
Seymur ƏLİYEV