Ekskluziv
633
14:46, Bu gün

"İsrail və HƏMAS atəşkəs və girovların azad edilməsi barədə razılaşma imzalayıb: təfərrüatlar" - "Axios"

 
"HƏMAS-ın 33 israilli girovun azad edilməsi müqabilində İsrail hər bir girov üçün 30, hər bir qadın əsgər üçün 50 fələstinli məhbusu azad edəcək..."
 
İsrail və HƏMAS Qəzzada atəşkəs və saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanı rəsmən imzalayıb. Sənəd yanvarın 16-da tarixində Misirin Doha şəhərində imzalanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə  "Axios" nəşri məlumat yayıb.
 
Nəşrin məlumatına görə, bir neçə günlük intensiv danışıqlardan sonra razılaşmanı İsrail, Qətər, ABŞ və HƏMAS nümayəndələri imzalayıb.
 
ABŞ tərəfdən sənədi  prezident Baydenin Yaxın Şərq məsələləri üzrə baş müşaviri Brett Makqerk imzalayıb. İsrail hökuməti razılaşmanın təsdiq olunması üçün səsverməni yanvarın 18-də şənbə günü axşam keçirəcək.
 
Razılaşmaya əsasən, birinci mərhələdə 33 israilli girov, o cümlədən qadınlar, uşaqlar, 50 yaşdan yuxarı kişilər və yaralılar azad ediləcək. Bunun qarşılığında İsrail 700-dən çox fələstinli məhbusu azad edəcək.
 
Qəzza bölgəsinə 600 humanitar yardım yük maşını, 50 yanacaq daşıyan maşın, 200 min çadır və 60 min məcburi köçkün üçün mobil ev göndəriləcək.
 
Qətər, Misir və ABŞ razılaşmanın icrasına zəmanət verən tərəflər olacaq. Atəşkəsin 16-cı günündə tərəflər ikinci mərhələ üzrə danışıqlara başlayacaq. Bu mərhələ qalan girovların azad edilməsi, daimi atəşkəs və İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılmasını nəzərdə tutur.
 
Eyni zamanda, "Axios"un məlumatına görə, Dohada razılaşma ilə bağlı danışıqlar aparıldığı müddətdə baş nazir Benyamin Netanyahunun koalisiya hökumətindəki tərəfdaşları - maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben Qvir razılaşmaya qarşı səs verəcəklərini bildirib.
 
Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts çərşənbə günü bəyan edib ki, əgər HƏMAS razılaşmanın hər hansı bir hissəsindən imtina edərsə, ABŞ İsraili dəstəkləyəcək. O, əlavə edib ki, ABŞ Qəzzanın demilitarizasiyasını və HƏMAS-ın məhv edilməsini təmin edəcək.
 
Atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minməlidir. Razılaşmaya əsasən, HƏMAS 33 israilli girovu, o cümlədən bütün qadınları, uşaqları və 50 yaşdan yuxarı kişiləri azad edəcək. Bunun əvəzində İsrail hər bir girov üçün 30, hər bir qadın əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.
Link kopyalandı!
Son xəbərlər