“Kənar güclərin bölgəyə gətirilməsi gələcəyə hesablanmış “təhlükəli mina”dır”
Ekskluziv
602
11:07, Bu gün

“Kənar güclərin bölgəyə gətirilməsi gələcəyə hesablanmış “təhlükəli mina”dır”

“Ermənistanla ABŞ arasında imzalanmış, “strateji tərəfdaşlıq haqqında müqavilə” Cənubi Qafqaz regionuna sülh gətirməyəcək. Əksinə, bölgədə gərginliyin artmasına səbəb olacaqdır. Bunu əsaslandırmaq üçün Ermənistan cəmiyyətində baş verənləri yaxından izləmək kifayətdir”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkii bildirib ki, bu müqavilə Ermənstan cəmiyyətindəki revanşist qüvvələr üçün mənəvi-psixoloji stimul olacaq:

 

“Müqavilənin imzalanması, onsuz da millətçilik xəstəliyindən qurtula bilməyən revanşist hisslərini daha da gücləndirdi. Millətçilər tərəfindən, ABŞ və Avropa İttifaqının Ermənistanı hərtərəfli dəstəklədikləri barədə güclü təbliğat kompaniyası aparılır.

 

Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. İran və Türkiyə ilə sərhədlər rusiyalı sərhədçilər tərəfindən qorunur. Yeni müqaviləyə görə, regiona aidiyyəti olmayan böyük güclərə məxsus silahlı qüvvələrun bölgəyə gətirilməsi, geostrateji məqsəd daşıyır və gələcəyə hesablanmış “təhlükəli mina” deməkdir. İstənilən an, düymə basıla bilər. İndiki halda, ABŞ -n əsas məqsədi Rusiyanın bölgədən tamamilə çıxarılması və İran-molla rejiminin dəyişdirilməsi üçün, bu ölkənin ətrafında halqanın daraldılmasıdır. Burada, Ermənistan tarixi missiyasını yerinə yetirir. Sadəcə, bir ,,alət,, olaraq istifadə olunmaqdadır. Ermənistan başa düşməlidir ki, kiçik bir ölkədə bir-birinə düşmən olan böyük dövlətlərin silahlı qüvvələrinin toplanması, hər şeydən əvvəl özü üçün təhlükəlidir. Həmin ölkələrin siyasətinin kökündə öz maraqları durur və istənilən an, Ermənistan kimi dövlətlərdən alver predmeti kimi istifadə olunur. Şahmatda olduğu kimi, strateji məqsədlərinə çatmaq üçün ,,piyadalar,, qurban verilir. Görünən odur ki, Ermənistan 20-ci əsrin əvvəllərində baş verənlərdən düzgün nəticə çıxarmamışdır.

Ermənistan birdəfəlik başa düşməlidir ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan sülhə nail olmaq qeyri-mümkündür. Onun arxasında duranlar isə, dərk etməlidirlər ki, Cənubi Qafqaz regionuna vahid orqanizm kimi yanaşmaq lazımdır. Burada dini, etnik yanaşma, ayrı-seçkilik yol verilməzdir, kökündən səhvdir.

 

Sülhün bərqərar olunmasının bir yolu var. İkili standartlardan imtina olunmalı, Cənubi Qafqazın hər üç dövlətinə yönəlik, beynəlxalq hüquqa əsaslanan vahid, ədalətli siyasət aparılmalıdır. Azərbaycanın maraqları nəzərə alınmadan sülhün bərqərar olunması mümkün deyil”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər