Atəşkəs razılaşmasının elanından sonra İsrailin Qəzzaya hücumları nəticəsində 21-i uşaq və 25-i qadın olmaqla ən azı 87 fələstinli həlak oldu...
Ekskluziv
674
07:43, Bu gün

Atəşkəs razılaşmasının elanından sonra İsrailin Qəzzaya hücumları nəticəsində 21-i uşaq və 25-i qadın olmaqla ən azı 87 fələstinli həlak oldu...

Bazar günü -yanvarın 19-da İsraillə "HƏMAS" arasında başlamalı olan atəşkəs razılaşmasının elanından sonra İsrailin Qəzzaya hücumları nəticəsində 21-i uşaq və 25-i qadın olmaqla ən azı 87 fələstinli həlak olub .
 
Moderator.az bu haqda "Əl-Cəzirə"yə istinadla xəbər verir.
 
Digər xəbərlərə görə, İsrail Nazirlər Kabinetinin Qəzzada atəşkəs razılaşmasını təsdiqləmək üçün bu gün iclas keçirəcəyi gözlənilir. İsrailin ifrat sağçı, ultramillətçi hökumət nazirlərindən ikisi Qəzza zolağında atəşkəs razılaşmasının ratifikasiya olunacağı təqdirdə baş nazir Benyamin Netanyahu hökumətindən istefa verməklə hədələyir.
 
BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, Qəzzadakı müharibə zamanı hər gün təxminən 15 uşağın xəsarət alması, onların həyatını dəyişən əlilliyə səbəb ola bilər.
 
Xatırladılır ki, İsrailin  Qəzzadakı müharibəsi 7 oktyabr 2023-cü ildən bəri ən azı 46.788 fələstinlinin ölümünə və 110.453 nəfərin yaralanmasına səbəb olub. Həmin gün "HƏMAS"-ın başçılıq etdiyi hücumlar zamanı İsraildə ən azı 1.139 nəfər ölüb, 200-dən çox insan əsir götürülüb.

“The Jerusalem Post”-un yaydığı son məlumata(musavat.com) görə, İsrail baş naziri Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin “HƏMAS” hərəkatı, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs barədə sazişin imzalanmasını təsdiqləyib. Saziş təhlükəsizlik nazirləri kabinetinin və hökumətin iclasında təsdiqlənəcək.

Səsvermə yanvarın 18-də keçiriləcək. Sazişin icrasına onun imzalanmasından iki-üç gün sonra başlanacaq və üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 42 gün davam edəcək.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında müəyyən ərazilərdən qoşunlarını çıxaracaq, bəzi sahələrdə məsafə məhdudiyyətləri qalacaq. İsrail, həmçinin Filadelfiya dəhlizindəki mövcudluğunu tədricən azaldacaq. Rəfah sərhəd keçid məntəqəsi razılaşmanın qüvvəyə minməsindən bir həftə sonra açılacaq və humanitar yardım məsələləri protokol çərçivəsində tənzimlənəcək.

S.Laçın
Link kopyalandı!
Son xəbərlər