“Bu dövlətlə əməkdaşlığımız regionun təhlükəsizliyi baxımından həyati əhəmiyyətə malikdir”
Ekskluziv
317
20:35, Bu gün

“Bu dövlətlə əməkdaşlığımız regionun təhlükəsizliyi baxımından həyati əhəmiyyətə malikdir”

“Azərbaycanın Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı bütün regionun gələcəyi və təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, iki dövlət arasında mövcud hərbi əməkdaşlıq, eləcə də strateji müttəfiqlik müqaviləsi regionda sülhün təmininə xidmət edir:

 

“Azərbaycanla Türkiyə arasında mövcud olan çoxəsrlik dostluq-qardaşlıq münasibətləri 44 günlük Vətən müharibəsindən sonra özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə də, iki dövlət arasında imzalanan Şuşa bəyannaməsi mühüm hərbi-siyasi əhəmiyyətə malikdir.

 

Türkiyə ilə Azərbaycan arasında birgə hərbi təlimlərin keçirilməsi artıq bir neçə idlir ki, ənənə halını alamqdadır. Bu təlimlər hər iki ordunun peşəkarlığını yüksəltməklə yanaşı, bütün dünyaya, xüsusilə də təxribatçı qüvvələrə bir mesajdır. Bu təlimlər bir daha sübut edir ki, regionda sülhü və təhlükəsizliyi təmin edəcək ciddi bir güc mövcuddur və bu güc Azərbaycan-Türkiyə faktorudur.

 

Hesab edirəm ki, qlobal güclərin Cənubi Qafqazla bağlı yürütdüyü siyasəti nəzərə alsaq, əminliklə demək olar ki, Azərbaycan-Türkiyə birliyi bundan sonra da regional təhlkəsizlik baxımından həyati əhəmiyyət kəsb etməkdə davam edəcək”.

 

Seymur ƏLİYEV

 

 

Link kopyalandı!
Son xəbərlər