Ekskluziv
442
15:35, Bu gün

"Həm Ukrayna, həm də Rusiya güzəştlərə getməlidir" - Mark Rubio

 
"Rusiyanın bütün Ukraynanı ələ keçirmək şansı olmadığı kimi, Ukraynanın da müvəqqəti işğal edilmiş ərazilərini geri qaytarmaq şansı yoxdur..."
 
Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə son qoymaq üçün cəsarətli diplomatiya lazımdır.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasında Dövlət katibi postuna namizəd Marko Rubio bəyan edib. Məlumatı "golosameriki.com" nəşri yayıb.
 
Marko Rubio qeyd edib ki, ABŞ-ın rəsmi mövqeyi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibənin başa çatdırılması olmalıdır.
 
O, qeyd edib ki, yeni administrasiya bu müharibəyə son qoymaq üçün "cəsarətli diplomatiya" həyata keçirəcək. "Bu, asan olmayacaq, amma cəsarətli diplomatiya tələb edəcək", - o, deyib.
 
Eyni zamanda, o əlavə edib ki, sülh razılaşmasına nail olarkən həm Rusiya, həm də Ukrayna güzəştlərə getməli olacaq. "Hamı realist olmalıdır: həm Rusiya, həm də Ukrayna güzəştlərə getməlidir", -  Rubio Senatın beynəlxalq əlaqələr üzrə komitəsində çıxışı zamanı deyib.
 
Senator əlavə edib ki, Ukraynanın ciddi bir problemi var və bu, pulunun tükənməsi deyil, "ukraynalıların azalması" ilə bağlıdır. Amma Rusiyanın bütün Ukraynanı ələ keçirmək şansı olmadığı kimi, Ukraynanın da müvəqqəti işğal olunmuş ərazilərini geri qaytarmaq şansı yoxdur.
 
"Ukraynadakı dağıntılar fövqəladədir, hər şeyi bərpa etmək üçün nəsillər lazım olacaq. Milyonlarla ukraynalı artıq öz vətənində yaşamır və bəlkə də heç vaxt qayıtmayacaq. Mən sizinlə danışarkən belə Ukraynanın enerji infrastrukturu dağıdılır və onun bərpası yüz milyardlarla dollar və bir neçə onillik tələb edəcək", - deyə Rubio bildirib.
 
Rubio vurğulayıb ki, "ABŞ-ın yalnız müdafiə sahəsində müttəfiqlərə deyil, həm də fəaliyyət qabiliyyətinə malik müdafiə müttəfiqlərinə sahib olması vacibdir".
 
"Mən hesab edirəm ki, bir məsələ müzakirə olunmalıdır. Yəni XXI əsrdə ABŞ və NATO-nun əsas rolu müdafiəçi, yoxsa təcavüzü cilovlamaq olmalıdır? Yoxsa region ölkələri daha çox tövhə verməklə öz üzərinə daha çox məsuliyyət götürməlidir?".
 
Ukraynada müharibənin başa çatması ilə bağlı digər xəbərlər
 
Xəbər verildiyi kimi, Donald Trampın ətrafındakı şəxslərin fikrincə, Ukraynada müharibənin bitməsi üçün bir neçə ay lazım olacaq. Trampın seçkiqabağı kampaniyası çərçivəsində müharibəni 24 saata bitirə biləcəyi ilə bağlı bəyanat verdiyi isə vəziyyəti "lazımi səviyyədə qiymətləndirməməsi" ilə əlaqələndirilir.
 
Bundan əlavə, Donald Trampın ABŞ milli təhlükəsizlik məsələləri üzrə müşaviri bildirib ki, müharibənin sonunda Krım hələ də Rusiyanın müvəqqəti işğalı altında qalacaq.
 
"Mən, sadəcə olaraq, hər bir rus əsgərinin Ukraynanın hər qarışından, hətta Krımdan belə çıxarılacağını deməyi real hesab etmirəm", - deyə o qeyd edib.
Link kopyalandı!
Son xəbərlər