“Tramp Avropanı Rusiyanın əliylə dağıdacaq...”
Ekskluziv
367
11:55, Bu gün

“Tramp Avropanı Rusiyanın əliylə dağıdacaq...”

Trampın bü günə qədər bir dənə də olsun sərsəm bəyanatı olmayıb. O öz ölkəsinin qüdrətinə arxalanıb və heç kimdən çəkinmədən öz fikrini açıq deyib. Sərsəm siyasətçilər isə ABŞ-nin sonuncu prezidentləridir...”
 
Siyasi analitik Tahir Cəfərli Moderator.az əməkdaşıyla qısa telefon söhbətində ABŞ-nin yeni seşilmiş prezidenti Donald Trampın hələ Ağ Evə gəlməmişdən verdiyi ağlasığmaz bəyanatlar, 20 Yanvardan sonra gözlənilən siyasi addımları haqda danışıb və gözlənilməz fikirlər səsləndirib.
 
-Tahir müəllim, sizcə, hələ Ağ Evə gəlməmiş gözlənilməz, ABŞ üçün, demokratik dünya üçün ağlasığmaz bəyanatlar verən Tramp nə etmək fikrindədir? Görəsən, o birbaşa hakimiyyət kürsüsünə oturandan sonra da belə sərsəm bəyanatları davam etdirəcək? 
 
-Donald Trampın bütün bəyanatları ABŞ-nin bütün maraqlarını özündə əks etdirir. Bunlar yeni seçilmiş prezidentin öz ölkəsini bir  nömrəli fövqəldövlət etmək üçün yönəldilən fikirlərdir. Tramp ABŞ dəyərlərini heç etmiş liberalların qənimidir. Yeni  nyuproteksionist siyasətin banisidir. Buna başa düşmək üçün çox oxumaq lazımdır...
 
Əslində, demokratik dünya deyilən dünya yoxdur. ABŞ  bu adla öz geo-siyasi maraqlarını həyata  keçirib və keçirməkdədir. Əgər ABŞ həqiqətən demokratik dəyərlərin tərəfdarı olsaydı, 30 il Qarabağımız ermənilərin tapdağı altında qalmazdı...
 
Tramp ABŞ-nin ölkənin hüdudlarını genişləndirmək siyasətini həyata keçirəcək və buna mane olmaq istəyən Avropanı Rusiyanın əliylə dağıdacaq...
 
Onu da deyim ki, Trampın bü günə qədər bir dənə də olsun sərsəm bəyanatı olmayıb. O öz ölkəsinin qüdrətinə arxalanıb və heç kimdən çəkinmədən öz fikrini açıq deyib. Sərsəm siyasətçilər isə ABŞ-nin sonuncu prezidentləridir. 16 milyon müsəlman qanı axıdıblar. Hələ üstəlik sanksiyalarla ölkələri təhdid ediblər. Məqsəd: dövlət çevirişləri ilə  gücsüz ölkələrin varıdatının dalına keçməkdir. Liviya, İraq, Misir, Suriya, Əfqanıstan və s. buna misaldır... 
 
Kanada və Qrenlandiya məsələsi isə sərsəm fikir deyil, ABŞ-nin planlı şəkildə dağıtdığı Avropa İttifaqının  gücdən düşməsinin nəticəsidir. Bu, Amerika ilə Rusiyanın oyunudur. İndi isə ABŞ dövləti bunu Trampın əliylə həyata keçirəcək... 
 
-Necə sərsəm danışmır ki, sivil dünya Putin kimi işğalçı, avtoritar, diktator xislətli ölkə başçılarına qarşı mübarizə apardığı halda Tramp gah Qrenlandiyaya, gah Panamaya qarşı iddialar irəli sürməklə sanki  işğalçılığa, zorun, gücün beynəlxalq hüquq üzərində üstünlüyünə haqq qazandırır? Yoxsa o, səs çoxluğuyla prezident seçilməyinə rəğmən boynunda dələduzluq, saxtakarlıq və s. ilə bağlı onlarla cinayət olması səbəbindən hakimiyyət kürsüsünün kövrək olacağını düşünür və indidən özünü guya vətənpərvər, ABŞ-nin gələcəyini düşünən bir lider kimi sırımaq istəyir?
  
-Bu günə qədər demokratların həyata keçirtdikləri liberalizm siyasəti SSRİ dağılandan sonra ABŞ-nin iqtisadi inkişafını dayandırmışdır. Onlar aqressiv siyasət yeridən siyasətçilər olmuşlar. Onlar dövlət çevrilişləri etməklə faktiki olaraq dünyanın yarısını, ilk növbədə, müsəlman dövlətlərini darmadağın etmişlər...  İndi nyuproteksiyanist, yəni ABŞ maraqlarını hər şeydən üstün tutan şəxsiyyət hakimiyyətə gəlir. Odur ki, o, Qrenlandiyanı da,  Panamanı da tezliklə ABŞ-yə birləşdirəcək. Bura Kanadanı da əlavə edin. Faktiki olaraq Kanada bu gün Belarus Rusiya üçün ittifaq respublikası olduğu kimi, ABŞ üçün daha ittifaq ştatıdır... Tramp, dediyim kimi,  ənənəvi ABŞ siyasətinin, proteksionizmin  təmsilçisidir. Məhz  ABŞ-nin dağılmış iqtisadiyyatını ona qaytara biləcək şəxsiyyət odur...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər