Ekskluziv
422
09:01, Bu gün

"ABŞ ilə saziş Ermənistana silah satışını nəzərdə tutmur...”-Müdafiə naziri

“Bununla belə, hərbi strukturun rəhbəri 2 saata yaxın davam edən mətbuat konfransında Ermənistanın xaricdən hərbi texnika əldə etməsi    barədə danışmaqdan yayınıb..."
 
Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ ilə sttrateji tərəfdaşlıq haqda bu günlərdə imzalanmış sənədin Ermənistana silah satışını nəzərdə tutduğunu təkzib edib. 
 
Moderator.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni bürosu məlumat yayıb.
 
“Bununla belə, hərbi strukturun rəhbəri 2 saata yaxın davam edən mətbuat konfransında Ermənistanın xaricdən hərbi texnika əldə etməsi  barədə danışmaqdan yayınıb. Lakin 2024-cü ilin silahlı qüvvələrin inkişafı üçün əlverişli il olduğunu bəyan edib. O, ötən il MN-də yaradılmış PUA-lar üzrə idarəni nailiyyət hesab edib. Onun sözlərinə görə, gələcəkdə həmin qurum PUA birləşmələrinə rəhbərlik edəcək.
 
Ermənistanın müdafiə naziri regionda eskalasiya üçün heç bir əsas görmədiyini bildirib.
 
Suren Papikyan aydınlaşdırıb ki, Ermənistanın hər bir problemlə bağlı təklifləri və həlli yolları var, lakin o, söhbətin nədən ibarət olduğunu açıqlamayıb.
"Ermənistan Respublikası regional sülhün bərqərar olması təşəbbüsü ilə çıxış edir və bu təşəbbüs bizim təkliflər kimi kifayət qədər əsaslı və etibarlıdır. Və mən hesab edirəm ki, regionu hər hansı şəkildə gərginləşdirmək üçün əsas yoxdur", - erməni nazir belə deyib. .
 
Papikyan Ermənistanın KTMT-yə üzvlüyünün dayandırılmasını haqlı sayır...
 
Ermənistan-Azərbaycan münasibətlərindəki gərginlik fonunda Papikyan Ermənistanın KTMT üzvlüyünün dayandırılmasını haqlı sayır. Onun sözlərinə görə, hərbi alyansın tərəfdaşları öz münasibətini və mövqeyini dəyişmədiyi üçün İrəvanın reaksiyası qanunidir və Ermənistanın maraqlarından irəli gəlir.
 
Digər tərəfdən, hərbi qurum rəhbərinin sözlərinə görə, rəsmi İrəvan Moskva ilə əməkdaşlığını yüksək səviyyədə saxlamaqda maraqlıdır.
 
"KTMT-dən danışanda, 2022-ci ilin hadisələrindən danışmağa çalışanda və dərhal 2025-ci ilə keçib hər şeyin çox yaxşı olduğunu deyəndə, obyektiv suallar yaranır. Məncə, bu obyektiv suallar sağlam müzakirələrin nəticəsində cavablarını almalıdır”, - deyə Suren Papikyan vurğulayıb.
 
"Ermənistan-Amerika sənədinin imzalanması ilə hərbi sahədə yeni heç nə baş verməyib..."

Papikyan Ermənistan-Amerika Strateji Tərəfdaşlıq Komissiyasının yanvarın 14-də Vaşinqtonda imzalanmış nizamnaməsinə də toxunub . Sənəddə bildirilir ki, İrəvan və Vaşinqton müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının əhatə dairəsini genişləndirmək niyyətindədirlər, xüsusilə də müdafiə sahəsində məsləhətləşmələr və peşəkar hərbi təlimlər vasitəsilə Amerika tərəfinin Silahlı Qüvvələrə dəstəyini vurğulayırlar.
 
Papikyanın sözlərinə görə, həmin sənədin imzalanması ilə hərbi sahədə yeni heç nə baş verməyib.
 
"Bu, onların dərinləşməsi və daha institusional, daha dərin və sistemli olması üçün əsasdır, mən bunu deyə bilərəm. Bəli, biz bu imkandan istifadə etməyə hazırıq", - müdafiə naziri bildirib.
 
Suren Papikyan ABŞ ilə sttrateji tərəfdaşlıq haqda imzalanmış sənədin Ermənistana silah satışını nəzərdə tutduğunu təkzib edib. 
 
Bununla belə, hərbi strukturun rəhbəri 2 saata yaxın davam edən mətbuat konfransında Ermənistanın xaricdən hərbi texnika əldə etməsi barədə danışmaqdan yayınıb. Lakin 2024-cü ilin silahlı qüvvələrin inkişafı üçün əlverişli il olduğunu bəyan edib. O, ötən il MN-də yaradılmış PUA-lar üzrə idarəni nailiyyət hesab edib. Onun sözlərinə görə, gələcəkdə həmin qurum PUA birləşmələrinə rəhbərlik edəcək", -"Azatutyun"un yaydığı məlumatda belə deyilir.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər