“Onlar Ermənistanı türk dünyasının beşiyində ona görə yaradıblar ki...”
Ekskluziv
521
08:27, Bu gün

“Onlar Ermənistanı türk dünyasının beşiyində ona görə yaradıblar ki...”

“Nəhəng güclər, böyk imperiyalar Ermənistanı türk dünyasının beşiyində ona görə yaradıblar ki, bura müdaxilələr edə bilsinlər. Ondan alət kimi istifadə etsinlər”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, məlum siyasət imperialist dövlətlər tərəfindəın bu gün də davam etdirilir:

 

“Ermənistanın yaradılması təsadüfi hadisə olmayıb və türk-islam dünyasına müdaxilə məqsədinə xidmət edib. Bu gün həmin imperialist güclərin fəaliyyətinə nəzər saldıqda görürük ki, onlar indi də türk-islam dünyasında çaxnaşmalar salmağa çalışır. İstəyirlər ki, bu bölgələrdə daim qarışıqlıq və gərginlik hökm sürsün. Onlar da bundan istifadə edərək öz məqsədlərinə asanlıqla nail ola bilsinlər.

 

Bi sözlə, Ermənistan hər zaman olduğu kimi, bu gün də həmin güclərin əlində sadəcə alətdir və bundan sonra da alət olmaqda davam edəcək”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər