Ekskluziv
268
17:08, Bu gün

"İran heç vaxt Trampı öldürməyi planlaşdırmayıb" - Məsud Pezeşkiyan

 
"Bu, İsrail və digər ölkələrin iranofobiyanı gücləndirmək üçün qurduğu sxemlərdən biridir..."
 
İran ABŞ-da ötən il seçki kampaniyası zamanı Donald Trampı öldürməyi planlaşdırmayıb və gələcəkdə də bunu etməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pəzeşkiyan "NBC News" telekanalına verdiyi müsahibədə bəyan edib. Bu, Pezeşkiyanın ABŞ-da prezident seçkilərindən sonra xarici KİV-lərə verdiyi ilk müsahibədir.
 
ABŞ kəşfiyyat orqanlarının İranın Trampı öldürməyi planlaşdırdığı ilə bağlı iddialarına cavab olaraq Pezeşkiyan deyib: "Bu, İsrail və digər ölkələrin iranofobiyanı gücləndirmək üçün qurduğu sxemlərdən biridir. İran heç vaxt kimisə öldürməyə cəhd etməyib və belə bir planı yoxdur. Ən azı, mənim bildiyim qədər bu, belədir".
 
İranın həqiqətən Trampa qarşı sui-qəsd planlaşdırması barədə suala cavabında Pezeşkiyan deyib: "Heç bir halda belə bir şey olmayıb. Biz heç vaxt bunu etməyə cəhd etməmişik və belə bir planımız olmayacaq."
 
Keçən ilin iyununda ABŞ xüsusi xidmət orqanları İranın Donald Trampı öldürmək üçün sui-qəsd planlaşdırdığı ilə bağlı kəşfiyyat məlumatı əldə edib. Bu, ABŞ Məxfi Xidmətini siyasətçi ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməyə məcbur edib.
 
Məlumdur ki, Tehran Trampı və onun administrasiyasında Dövlət katibi vəzifəsində çalışmış Mayk Pompeonu bir neçə dəfə təhdid edib. Bu təhdidlər İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi bölməsinin komandiri Qasım Süleymaninin öldürülməsi ilə bağlı olub. Süleymani 2020-ci ilin yanvarında, Tramp administrasiyası dövründə, Bağdadda pilotsuz təyyarə hücumu ilə öldürülüb.
 
ABŞ xüsusi xidmət orqanları bir neçə ildir ki, İranın Tramp administrasiyası üzvlərinə qarşı təhdidlərini izləyir. ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Adrien Votson bildirib: "Bu təhdidlər İranın Süleymaninin öldürülməsinə görə qisas almaq istəyindən qaynaqlanır. Biz bunu birincidərəcəli milli və daxili təhlükəsizlik məsələsi hesab edirik."
 
Xatırladaq ki, 20 yaşlı Tomas Metyu Kruks Batler şəhərində mitinq zamanı Trampı öldürməyə cəhd edib, lakin vaxtında ABŞ təhlükəsizlik qüvvələri tərəfindən aşkar edilib.
 
Nəticədə atıcı tələsik hərəkət edərək Trampı qulağından yaralayıb, digər güllələrlə bir nəfəri öldürüb və daha iki nəfəri ağır yaralayıb. ABŞ Məxfi Xidmətinin snayperi Kruksu hadisə yerində öldürüb. Bununla belə, ABŞ xüsusi xidmət orqanları Kruksun iranlıların planına bağlı olduğuna dair heç bir əlamət olmadığını bildirib.
Link kopyalandı!
Son xəbərlər