ABŞ çətiri altında əzələ nümayişi?
1660
15 Jan 2025 | 08:09

ABŞ çətiri altında əzələ nümayişi?

“Ermənistanla ABŞ arasında imzalanan strateji əməkdaşlıq haqqında sənəd İrəvanın Rusiya təhlkəsindən sığortalanmaq cəhdidir”.

 

Bunu Moderator.az-a açıqlmasında politoloq Qabil Hüseynli bildirib. Bununla yanaşı, ekspert qeyd edib ki, bu sənəd Azərbaycanın da maraqlarına cavab vermir:

 

“Ermənistan Rusiyadan qorxur və bu səbədən də ABŞ-ın çətiri altında daldalanmağa çalışır. Eyni zamanda, gələcəkdə Avropa Birliyinə çıxmaq üçün bundan tramplin kimi yararlanmağa çalışır.

 

Bununla yanaşı, bu, həm də Azərbaycana qarşı əzələ nümayişidir. Hesab edirəm ki, məlum əməkdaşlıq sazişi  Rusiya əleyhinə olsa da, Azərbaycan üçün də zərərli bir addımdır”.

 

Seymur ƏLİYEV

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər