Yanvarın 16-da kinoteatrlarda
Ekskluziv
2095
09:30, Bu gün

Yanvarın 16-da kinoteatrlarda "Putinin ölümü" filmi nümayiş etdiriləcək...+VİDEO

"Filmin məsləhətçiləri arasında NATO kəşfiyyatının keçmiş rəhbərinin müavini, İraq və Əfqanıstanda hərbi kampaniyalara rəhbərlik etmiş generallar və "Mossad" nümayəndəsi var..."
 
Yanvarın 16-da Polşa rejissoru Patrik Veqanın "Putinin ölümü" filmi Ukrayna kinoteatrlarında nümayiş etdiriləcək .
 
Moderator.az bu haqda Ukrayna mediasına istinadla xəbər verir.
Bu, Kreml diktatorunun uşaqlığından onun hipotetik ölümünə qədər olan hekayəsini göstərən siyasi-satirik trillerdir. “Pitbull”, “Botoks” kinofilmlərinin rejissoru olan Patrik Veqa Rusiya liderinin əsl mahiyyətini dünyaya çatdırmaq məqsədi ilə Putinin tərcümeyi-halının uyğunlaşdırılmasını cəsarətlə öz üzərinə götürüb. Sonda o, lentin dünyanın müxtəlif yerləri üçün səkkiz versiyasını istehsal edib. Lakin siyasi kontekstlə əlaqədar olaraq hazırda filmin bir çox ölkələrdə yayılmasında çətinliklər var.
 Patrik Veqa Putini zəif və qorxaq bir insan kimi göstərmək istəyib.

"Exis AI" süni intellektindən istifadə etməklə yaradılmış 2 saatlıq film rus diktatorunun psixikasını və motivasiyasını dərindən araşdırır.

Kremlin rəhbəri rolunu Rusiya prezidentinə qeyri-adi bənzərliyi olan polşalı iş adamı Slavomir Sobala oynayıb. Aktyor iki ildən çox Putinin davranışını və bədən dilini əzbərləyərək bu rola hazırlaşıb.

"Notes from Poland" nəşri yazır ki, film Putini uşaqlığından Ukraynaya genişmiqyaslı işğala qədər həyatının onilliklərini əhatə edən uydurulmuş elementlərlə sənədli hadisələrin dramatik təsvirlərini birləşdirən amansız, gücə can atan lider kimi təsvir edir.

Filmin büdcəsi 15 milyon dollardır ki, bu da Veqanın karyerasında ən böyük məbləğdir. Filmin müxtəlif ölkələrdən bir neçə özəl investoru var, rejissor onların adlarını açıqlamır.

Filmin məsləhətçiləri arasında hərbçilər, NATO-nun keçmiş əməkdaşı və Putinin bioqrafı olub. 

Putinin həyatı və Rusiya ictimai-siyasi reallıqları haqqında etibarlı materiallar olmadığından, Vega kənar ekspertlərə arxalanıb.

“Birinci Rus-Çeçen Müharibəsi zamanı Cövhər Dudayevin öldürüldüyü hərbi təyyarənin salonunu necə canlandırmaqdan tutmuş, hər səhnədə problemimiz var idi”, - deyə prodüser bildirib.

Veqa deyir ki, filmin məsləhətçiləri arasında NATO kəşfiyyatının keçmiş rəhbərinin müavini, İraq və Əfqanıstanda hərbi kampaniyalara rəhbərlik etmiş generallar və "Mossad" nümayəndəsi var. Rejissor Putinin bioqrafı, polşalı jurnalist Krystina Kurçab-Redlix ilə də məsləhətləşib. Sonuncu 10 ildən artıq Moskvada Polsa telekanalının müxbiri olub və Putin, SSRİ və müasir Rusiya haqqında bir neçə kitab nəşr etdirib.

Kinorejissor həmçinin iddia edir ki, onun əsəri Rusiya kəşfiyyatçılarının diqqətini çəkib və onlar özlərini amerikalı alıcı kimi təqdim edərək ssenari üçün 200 min dollar təklif ediblər. Veqanın sözlərinə görə, onları Polşa kəşfiyyatına yönəldib və bundan sonra təkliflər dayanıb...

S.Laçın

 

 
Link kopyalandı!
Son xəbərlər