Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq planları və Rusiya lideri Vladimir Putinlə mümkün görüş barədə yeni açıqlama verib.
Moderator.az xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Yeni seşilmiş prezident "Newsmax" kanalının müharibəni bitirmək üçün strategiyası ilə bağlı sualı cavablandırıb: "Yalnız bir strategiya var və bu, Putindən asılıdır. Onun hadisələrin gedişindən xoşlanlandığını təsəvvür edə bilmirəm, çünki onun üçün də hər şey tamamilə uğurlu keçməyib"
Putinlə gözlənilən görüşdən danışan Tramp gözlənilən tarixləri açıqlamasa da, vəzifəyə gəldikdən sonra bunu ən qısa zamanda etməyi planlaşdırdığını qeyd edib.
"Onun görüşmək istədiyini bilirəm və mən də çox tez görüşməyə hazırlaşıram. Mən bunu daha tez edərdim, amma... ofisə getmək lazımdır. Bəzi şeylər üçün orada olmalısan", - deyə Tramp bildirib.
S.Laçın