Şimali Koreya Ukraynada ABŞ və eləcə də Cənubi Koreya ilə mümkün müharibənin məşqini aparmaqda, praktiki döyüş təcrübəsi qazanmaqdadır.
Moderator.az xəvər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, məhz Ukrayna müharibəsi sayəsində Şimali Koreya öz rəqiblərindən fərqli olaraq, real döyüş təcrübəsi qazanır, müasir hərbi taktikalra yiyələnirlər. Bu isə o deməkdir ki, mümkün müharibə zamanı Şimali Koreya ordusu ABŞ və Cənubi Koreya hərbi birləşmələri qarşısında daha üstün vəziyyətdə olacaq.
Nəşr bildirir ki, Şimali Koeya hərbçiləri Ukrayna müharibəsində Rusiyaya həm də kəşfiyyat və elektron müharibə vasitələri ilə də dəstək verirlər. Bu isə onlara hərbi kəşfiyyat və elektron mübarizə baxımından da real döyüş təcrübəsi əldə etməyə imkan verir.
Məlumatda qeyd olunur ki, Şimali Koreya ordusu Ukrayna müharibəsində köhnə hərbi taktikadan istifadə etsə də, bütövlükdə onlar intizam və hərbi səriştə baxımından rus ordusundan daha üstün hesab olunur.
Seymur ƏLİYEV