XİN-dən Los-Ancelesdə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ -EKSKLÜZİV
Ekskluziv
1343
14:28, Bu gün

XİN-dən Los-Ancelesdə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ -EKSKLÜZİV

Beş gündür ki, ABŞ-nin Los-Anceles şəhərində baş verən yanğınlar dörd bir yanı əhatə edib. Yanğın nəticəsində həyatını itirənlərin sayının 24-ə yüksəlib, 16 nəfərdən isə hələ də xəbər yoxdur. Həmçinin, bu rəqəmlərin artma ehtimalı var.

Los-Anceles Bölgəsi Tibbi Ekspertiza İdarəsinin yaydığı məlumata görə, təxminən 150 min nəfər üçün təxliyə əmri verilib, 700-dən çox sakinin isə sığınacaqlara yerləşdirildiyi qeyd edilib.

Milli Meteorologiya Xidmətinin rəsmiləri yanğını daha da şiddətləndirə biləcək küləklərin 15 yanvar tarixinə qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Bəs görəsən, Los-Ancelesdə günü-gündən vəziyyətin daha ağırlaşdığı bir dönəmdə orada yaşayan azərbaycanlıların təhlükəsizliyi qorunurmu? Orada yaşayan vətəndaşlarımızla bağlı hansı tədbirlər görülüb?

 

Məsələ ilə bağlı Moderator.az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə danışıb.

O bildirib ki, bununla bağlı müvafiq qaynar xətlər mövcuddur.

"Bizə Azərbaycan vətəndaşlarının zərər çəkməsi ilə bağlı məlumat daxil olmayıb. Orada yaşayan azərbaycanlılarımız üçün müvafiq qaynar xətlər mövcuddur. Təhlükəsizlik xəbərdarlıqları edilib", - XİN rəsmisi vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər