Bugünlərdə mediada yer alan məlumatlarda ermənilərin Azərbaycanla şərti sərhəddə səngərlər qazdığını, bu səngərlərin dini abidələrin yaxınlığında və ya ona bitişik qazıldığı ilə bağlı məlumatlar yer almaqdadır.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, ermənilərin bu addımı təsadüfi atmadıqlarını bildirib:
“44 günlük Vətən müharibəsində, bir günlük antiterror əməliyyatında ermənilər oxşar hiylələrdən istifadə edirdilər. Onlar atəş nöqtələrini yaşayış massivlərində yerləşdirirdilər. Onların atəş nöqtələri yaşayış evlərinin yanında, küçələrdə, dini abidələrin yanında yer alırdı. Məqsəd ondan ibarət idi ki, Azərbaycan atəş nöqtələrini susduranda yaşayış evləri, dini abidələr də ziyan görsün. Onlar dü hay-küy salsınlar ki, Azərbaycan tarixi-dini abidələri dağıdır, dinc insanlara atəş açır.
Bu gün də Ermənistan həmin mundar metodlardan istifadə edirlər. Azərbaycanla şərti sərhəddə onlar səngərləri dini abidələrin yanında qazırlar. Azərbaycan Ermənistana yerini həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin antiterror əməliyyatında göstərdi. Əgər Ermənistan yenidən xam xəyallara qapılarsa, o zaman Azərbaycan yenə ona öz yerini göstərəcək”.
Seymur ƏLİYEV