Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?..-Analitik
Ekskluziv
406
10:25, Bu gün

Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?..-Analitik

“Təyyarəmiz birmənalı şəkildə qəsdən vurulmuşdur. Onun arxasınca gedən Prezidentimizin də təyyarəsi vurula bilərdi. Allah Prezidentimizi qorudu...”
 
Siyasi analitik Tahir Cəfərli Moderator.az əməkdaşı ilə qısa telefon söhbətində dekabrın 25-də Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Bakı-Qroznı reysi ilə uçan Azərbaycan təyyarəsinin vurulması ilə bağlı bəzi diqqətçəkən sualları cavablandırıb:
 
-Tahir müəllim, Azərbaycanın son məlum təyyarə faciəsi ilə bağlı gəldiyiniz nəticələr nədən ibarətdir? 
 
-Bakı-Qroznı reysi ilə uçan Azərbaycan təyyarəsi birmənalı şəkildə Rusiyanın hava hücumundan müdafiə hərbi qüvvələri tərəfindən vurulub. Bu, inkarolunmaz  bir faktdır...
 
-Bəs nədən Rusiya prezidenti Vladimir Putin Rusiyanın yüksək rütbəli hərbçiləri və mülki aviasiya qurumlarının səbəb olduğu bu ağır təyyarə faciəsinə görə yalnız Azərbaycan rəhbəri İlham Əliyevlə telefon danışığında deyil, həm də Azərbaycan xalqının daha çox etimadını qazanmaq üçün heç olmasa, televiziya ilə nümayiş olunan hər hansı bir görüşündə, çıxışında iki dəqiqə vaxt ayırıb ictimai şəkildə, görüntülü üzr istəmədi? 
 
-Putinin Prezidentimizdən üzr istəməsi elə Azərbaycan xalqından üzr istəməsi deməkdir. Onu da bilməliyik ki, təyyarənin vurulması Putinin özünə qarşi xəyanətdir...
 
-Təyyarənin qəsdən vurula biləcəyini ehtimal edirsinizmi?
 
-Yuxarıda qeyd etdik ki, təyyarəmiz birmənalı şəkildə qəsdən vurulmuşdur. Onun arxasınca gedən Prezidentimizin də təyyarəsi vurula bilərdi. Allah Prezidentimizi qorudu. Bütün bunlar Azərbaycan Rusiya arasında olan strateji əməkdaşlığa son qoymaq və Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən qüvvələrin işidir...
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər