Şimali Koreya diktaturasından qaça bilmiş adam nələr danışdı?..-
Ekskluziv
519
09:05, Bu gün

Şimali Koreya diktaturasından qaça bilmiş adam nələr danışdı?..-"Associated Press"

"Şimali Koreya əsgəri üçün əsir düşmək ölkəyə, liderə və dövlətin təbliğ etdiyi bütün ideallara xəyanətə bərabərdir. Bu inanc Şimali Koreya vətəndaşlarına kiçik yaşlarından aşılanır və sonra hərbi xidmət zamanı gücləndirilir".
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu  2009-cu ildə Şimali Koreyadan qaça bilmiş Nyu-York İnsan Haqları Fondunun eksperti Li Son Min "Associated Press"-ə şərhində  söyləyib. 
 
O, qeyd edib ki, diri-diri əsir düşmək ölkəyə, liderə və onların müdafiə etdiyi hər şeyə xəyanət sayılır.
 
Li Son Minin fikrincə, bu ideologiya uşaqlıqdan formalaşmağa başlayır və hərbi təlimin tərkib hissəsinə çevrilir. Əsgərlərə intihar edərək əsir düşməmək üçün son güllələrini gizlətmək öyrədilir.
 
"Təslim olmaq ilə bağlı utanc səbəbiylə qəhrəman əsgərlər intihar etmək üçün son güllələrini xilas etməlidirlər", - deyə ekspert izah edir.
 
Li Sonq Min onu da qeyd edib ki, Şimali Koreyalıların əksəriyyəti dünyadakı real vəziyyəti, ümumiyyətlə, bilmir.
 
O, Şimali Koreyanın ölmüş əsgərlərinin foto-şəkillərini KXDR-də qalan tanışlarına göstərir, lakin bu görüntülər tez-tez təəccüblə qarşılanır.
 
Xatırladılır ki, yanvarın 11-də Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində ilk dəfə olaraq iki Şimali Koreya əsgərini əsir götürüb.
 
Əsir götürülən koreyalılar ukrayna, ingilis və rus dillərində danışa bilmədiklərinə görə onlarla ünsiyyət Cənubi Koreya kəşfiyyatı ilə əməkdaşlıqda koreyalı tərcüməçilər vasitəsilə baş verir.
 
Dünən prezident Zelenski əsir götürülən Şimali Koreyalıların dindirilməsinin videosunu yayıb.
Link kopyalandı!
Son xəbərlər