“Onlar sülhün düşmənləridir!”
Ekskluziv
254
08:14, Bu gün

“Onlar sülhün düşmənləridir!”

“Qərbdəki bəzi dairələr – Fransa və eləcə də Ermənistanı silahlandıran digər güclər sülhün, əmin-amanlığın düşmənləridir”.

 

Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, onlar Cənubi Qafqazda yeni bir gərginlik yaratmaq və bunun sayəsində öz maraqlarını təmin etməyə çalışırlar:

 

“Fransa, Avropa İttifaqının Sülh Fondu Ermənistanı silahlandırmaqla bölgədə yeni bir gərginlik yaratmağa çalışırlar. Məqsəd bu gərginlik və qarşıdurma fonunda bölgədəki maraqlarını təmin etmək, məkirli ambisyalarını reallaşdırmaqdır. Ermənistanın silahlandırılmasının arxasında bu amil dayanır.

 

Hesab edirəm ki, bu həqiqət İrəvan tərəfindən də dərk edilməli, Ermənistan hakimiyyəti Qərbin bu qanlı oyununda iştirak etməkdən imtina etməlidir. Çünki məlum siyasəti bölgə üçün yeni gərginlik, Ermənistan üçün isə yeni fəlakətdən başqa bir şey deyil”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər