Bizi sosial şəbəkələrdən izləyin:
“Fələstin Mülki Müdafiə Təşkilatı İsrailin Qəzzanın şimalında Cəbəliyyə bölgəsində məcburi köçkünlərə sığınan məktəbə hücumu nəticəsində aralarında uşaqların da olduğu ən azı 8 nəfərin həlak olması ilə əlaqədar İsrailin son beş gündə, ən azı, 70 fələstinli uşağı öldürdüyünü bildirib”.
Moderator.az xəbər verir ki, bunu “Əl-Cəzirə” nəşri yazır.
Bu arada ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasının yüksək səviyyəli rəsmiləri Trampın vəzifəyə başlaması ilə yanvarın 20-dək razılaşma əldə olunmasa, Qəzzada daha çox zorakılığın baş verəcəyi ilə hədələyiblər. ABŞ-nin yeni vitse-prezidenti Devid Vens deyir ki, razılaşma əldə olunmazsa, Tramp “israillilərə “HƏMAS”-ın son qalıqlarını və onun rəhbərliyini məhv etməyə imkan verə bilər”.
İsrail hökumətinin danışıqlarda iştirak edəcək qrupu danışıqların sabah(13 yanvar-S.L.) davam edəcəyi Qətərin paytaxtı Dohada qalacaq.
• Bu arada Livan ordusu İsrail və “Hizbullah” arasında atəşkəs razılaşmasının bir hissəsi olaraq bir çox bölgədə yerləşdirmə ilə irəliləsə də, İsrail qüvvələri Livanın cənubuna daha çox hücum edib.
• Xatırladılır ki, İsrailin Qəzzada törətdiyi soyqırımı 7 oktyabr 2023-cü ildən bəri ən azı 46.565 fələstinlinin ölümünə və 109.660 nəfərin yaralanmasına səbəb olub. Həmin gün “HƏMAS”-ın başçılıq etdiyi hücumlar zamanı İsraildə ən azı 1.139 nəfər həlak olub, 200-dən çox insan isə əsir götürülüb.
S.Laçın