Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı: Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb...
Ekskluziv
792
16:28, Bu gün

Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı: Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb...

 Los Ancelesdə artıq dördüncü gündür ki, minlərlə evi dağıdan və ən azı 11 nəfərin ölümünə səbəb olan meşə yanğınları davam edir.
 
Rəmsilər xəbərdalrıq edib ki, bir neçə yerdə davam edən yanğın nəzarət altına alınandan və işçilər dağıntılar altında axtarışlar aparmağa başlayanan sonra ən son cümə axşamı yenilənən tələfat sayı arta bilər.
 
Mövzu ilə bağlı Moderator.az-a danışan azərbaycanlı tanınmış yazıçı, prodüser Sevinc Səfərova bildirib ki, 4 gündür Los Ancelesdə faciə yaşanır:
 
"Yeni ilə daxil olanda böyük həvəslə bu ilin bizə uğur gətirəcəyinə inanırdıq. İlin əvvəlində belə bir hadisənin yaşanması bizi məyus edir. Burada alov dörd bir tərəfdən şəhəri əhatə edib. Çalışırıq ki, möhkəm olaq. Bu hadisəni adlayaq. Çamadanlarımızı yığıb, hazır saxlamışıq. Hər an xəbər gələcəyini və təxliyyə olunacağımızı gözləyirik. Tezliklə bu alovun sönməsinə ümid edirik. Sanki göydən atəş yağır. Los Ancelesdə quru külək hakim olduğu üçün alov günü gündən şiddətlənir. Bu da yanğının daha çox yayılmasına səbəb olur.  O qədər sürətlə yayılır ki, onu söndürmək mümkün olmur. Gecə yatırıq, səhər oyanırıq ki, başqa bir yer alovlanıb. 
 
Yanğınlardan ən böyük olanı Palisades yanğınının yalnız 8 faizinin qarşısı alınıb. Yanğın 8 min hektardan çox ərazini yandırıb. İkinci ən böyük yanğın olan İton yanğınının 3 faizi nəzarət altına alınıb. O, təxminən 6 min hektar torpağın yanmasına səbəb olub.
 
Palisades və İton yanğınları artıq Los Anceles tarixində ən dağıdıcı yanğınlar hesab olunur. İkisi birlikdə təxminən 85 kvadrat kilometr ərazini yandırıb, 10 min tikilini məhv edib və ya ziyan vurub.
 
İnsanların illərdəri böyük əziyyətlə tikdiyi, əmək verdiyi evləri iş yerləri gözlərinin qarşısında bir anda külə dönür. Bu həqiqətən faciədir". 
Link kopyalandı!
Son xəbərlər