Mənfur "jurnalist" Şimali Koreya əsgərlərinin əsir götürülməsindən isterikaya düşüb
Rusiya təbliğatçıları Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfində Ukraynaya qarşı döyüşən Şimali Koreya əsgərlərini uğurla əsir götürməsinə ağrılı münasibət göstərməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "online.ua" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, mənfur "jurnalist" Olqa Skabeyeva bu hadisə ilə bağlı açıq isterika nümayiş etdirib.
Olqa Skabeyeva Ukrayna Şilahlı Qüvvələrinin (USQ) Kursk vilayəti ərazisində Şimali Koreya əsgərlərini əsir götürməsinə emosional reaksiya verib.
Rusiya təbliğatçıları Rusiyanın aqressiv hərəkətləri və Ukraynada baş verən hadisələrdən ictimaiyyətin diqqətini yayındırmağa çalışaraq bu hadisəni şərh edir.
USQ Rusiya tərəfində döyüşən iki Şimali Koreya əsgərini əsir götürməyi bacarıb ki, bu da Olqa Skabeyeva tərəfindən hiddətlə qarşılanıb və ittihamlarla müşayiət olunub.
Skabeyeva Rusiyanın hərəkətlərini müdafiə edərək, Ukraynaya qarşı təcavüzü görməzdən gəlir və USQ-ni Şimali Koreya əsgərlərini "oğurlamaqda" ittiham edir.
O, xüsusilə vurğulayıb ki, Ukrayna ordusunun Kursk vilayətində nə etdiyini və koreyalıların bu məsələyə necə qarışdığını anlaya bilmir.
"USQ Rusiyanın ərazisinə soxulub, Kursk vilayətində döyüşür, orada koreyalıları tapıb və oğurlayıb, indi isə qışqırırlar: KXDR Ukraynaya qarşı döyüşür. Axmaqlar. Ukraynanın Kurks vilayətində nə işi var? İnsanları niyə oğurlayırsınız?" - deyə Skabeyeva kinayə ilə bildirib.
Bununla yanaşı, təbliğatçını Rusiya ordusunun heç bir səbəb olmadan ilk olaraq Ukrayna ərazisinə soxulması, insanları öldürməsi, onların evlərini talan etməsi və şəhərləri, kəndləri məhv etməsi narahat etmir.
Ukrayna Prezidenti Vladimir Zelenskinin yanvarın 11-də verdiyi məlumata görə, Ukrayna Müdafiə Qüvvələri Şimali Koreya hərbçilərini əsir götürməyi bacarıb. Hadisə Rusiyanın Kursk vilayətində baş verib.
Dövlət başçısının sözlərinə görə, əsir götürülən iki Şimali Koreya əsgəri yaralanıb, lakin sağ qalıb, Kiyevə çatdırılıb və hazırda Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri ilə əməkdaşlıq edir.
Bu, asan tapşırıq olmayıb: adətən ruslar və Şimali Koreyadan olan digər hərbçilər yaralı silahdaşlarını öldürür və müharibədə Şimali Koreyanın iştirakını sübut edəcək hər hansı dəlilin qalmasına imkan vermir.