“Xaricdəki Azərbaycan icmaları öz aktivliklərini artırmalıdır, çünki...”
Ekskluziv
461
20:44, Bu gün

“Xaricdəki Azərbaycan icmaları öz aktivliklərini artırmalıdır, çünki...”

“Xaricdəki Azərbaycan icması öz aktivliyini artırmalı, milli maraqlarımızın qorunması istiqamətində daha ciddi addımlar atmalıdır”.

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, başda Ermənistan olmaqla anti-Azərbaycan qüvvələrinin apardığı təbliğat, yalan və böhtan siyasəti buna adekvat cavab vermək zərurəti yaradır:

 

“Hesab edirəm ki, xaricdəki soydaşlarımız, ordakı icmalarımız, diasporlar təşkilatlarımız Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü siyasətə dəstək məqsədilə öz fəaliyyətlərini daha da genişləndirməlidir. Biz çalışmalıyıq ki, bütün dünya Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olsun, bizim haqq işimizi, ədalətli mövqeyimizi dəstəkləsin. Bu, indiki həssas məqamda bizim üçün ikiqat əhəmiyyətlidir.

 

Hər şeyi dövlətdən gözləmək, dövlətin üzərinə qoymaq olmaz. Azərbaycan bizim hər birimizin vətənidir və bu vətənin çiçəklənməsinə, inkişafına, yüksəlişinə dəstək vermək harada olmağımızdan asılı olmayaraq, bizim hər birimizin mənəvi borcudur”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər