1925-ci ilin yüz il sonra reallaşan MÖCÜZƏVİ proqnozları
Ekskluziv
712
17:53, Bu gün

1925-ci ilin yüz il sonra reallaşan MÖCÜZƏVİ proqnozları

 
"Bu sırada gələcəkdə mobil telefonlar, yaşıl enerji və robotların peyda olması da proqnozlaşdırılıb..."
 
1925-ci ildə britaniyalı ixtiraçı və fizik Arçibald Montqomeri Lou 2025-ci ilə dair inanılmaz proqnozları ilə qəzet başlıqlarında diqqət mərkəzinə düşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Findmypast" nəşri yazıb. Məlumatı "cursoninfo.co.il" nəşri yayıb.
 
Məlumatda deyilir ki, bu gün, yüz il sonra, deyə bilərik ki, onun bəzi öncəgörmələri heyrətamiz dərəcədə dəqiq olub, baxmayaraq ki, Lou öz dövründə ciddi qəbul edilməyib.
 
Arçibald Lou (1888-ci ildə doğulub) mühəndis, ixtiraçı və 40-dan çox kitabın müəllifi olub. O, idarə olunan raketlər, təyyarələr və torpedaların hazırlanmasındakı töhfəsinə görə "radioyönləndirmə sistemlərinin atası" adlandırılır.
 
Lou ilk elektrik dronunu ixtira edib və televiziyanın yaradılması üzərində işləyən ilk insanlardan biri olub. O, öz qurğusunu "TeleVista" adlandırsa da, onun yenilikləri xüsusilə də rəsmi akademik titulu olmadığı halda özünü professor adlandırdığına görə skeptik yanaşmalara səbəb olub.
 
Lou-nun dəqiq proqnozları
 
Lou proqnozlaşdırıb ki, televizorlar və ev dinamikləri qəzetləri əvəz edəcək və o, haqlı çıxıb. Hələ 1914-cü ildə o, televiziyanın ilk prototipini təqdim edib, bu da onu Birinci Dünya Müharibəsi zamanı sui-qəsd hədəfinə çevirib.
 
Gələcəyin texnologiyaları: eskalatorlar və mobil telefonlar
 
O, hərəkəti asanlaşdıran eskalatorlar və avtomatik yürüyən yolların yaranacağını öncədən görüb və hətta "avtomatik telefonlar" adlandırdığı mobil telefon prototipini də təsvir edib.
 
Yaşıl enerji və avtomatlaşdırma
 
Təəccüblüsü odur ki, Lou külək və axın enerjisindən elektrik istehsalı üçün istifadə ediləcəyini, eləcə də ağır işlərin mexanikləşdirilməsini proqnozlaşdırıb. Bu, sonradan robot texnologiyasının inkişafı ilə reallığa çevrilib.
 
Səhər prosedurları və masaj
 
Lounun gələcəkdə insanların hər gün masaj və işıq terapiyasından həzz alacağı, həyəcan siqnallarının isə naqilsiz olacağı ən qeyri-adi proqnozlarından olub.
 
Kino izləmək üçün eynəklər
 
O, gələcəkdə insanların kinoteatrlarda hansı filmi izləmək istədiklərini seçməyə imkan verən xüsusi eynəklər taxacağını proqnozlaşdırıb. Bu fikir 3D texnologiyaları və IMAX ilə reallaşıb.
 
Lounun şəxsi həyatından maraqlı faktlar
 
Lounun şəxsi həyatı da maraqlı olub. Qonşusu Emi ilə başlayan münasibətləri evliliklə nəticələnub, lakin bu evlilik 1936-cı ildə onun xəyanəti səbəbindən səs-küylü boşanma ilə bitib. 
 
Daha sonra cütlük barışmağa çalışsa da, onların sevgi hekayəti faciə ilə sona çatıb. Emi 1953-cü ildə həlak olub, Lou isə üç il sonra dünyasını dəyişib.
Link kopyalandı!
Son xəbərlər