Ekskluziv
623
13:46, Bu gün

"Putinin şərtləri daxilində Ukraynada sülh mümkündürmü?" - ISW

 
"Kremlin tələbləri Ukraynanın tam təslim olması anlamına gəlir..."
 
Kreml ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiya diktatoru Vladimir Putinlə görüşə hazırlıqla bağlı bəyanatına reaksiya verib. 
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında qeyd olunub.
 
Kreml bildirib ki, Rusiya, guya, "əvvəlcədən heç bir şərt qoymadan" danışıqlara hazırdır, lakin Ukraynaya qarşı ultimativ tələblərini xatırladıb.
 
Analitiklər əmindir ki, Putinin tələblərindən imtina etmədiyi müddətdə heç bir danışıqlar davamlı sülhə gətirib çıxara bilməz.
 
Rusiya diktatorunun mətbuat katibi Dmitri Peskov yanvarın 10-da Rusiya və ABŞ arasında Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlarla əlaqədar yeni bir bəyanat verib.
 
Trampın Putinlə görüş təşkil etmək barədə sözlərini şərh edərkən Peskov bildirib ki, Rusiya diktatoru beynəlxalq liderlərlə əlaqələrə "açıqdır" və bunun üçün "heç bir şərt lazım deyil".
 
Eyni zamanda, Peskov Putinin Ukraynaya qarşı ultimativ tələblərini bir daha xatırladıb. Onun sözlərinə görə, Kreml 2024-cü ilin iyun və dekabr aylarında keçirilən "Birbaşa xətt" zamanı dövlət başçısının ifadə etdiyi "dəfələrlə səsləndirilmiş" mövqeyinidə qalır.
 
Belə ki, Kreml Ukrayna prezidenti Vladimir Zelenskinin və hazırkı Ukrayna hökumətinin vəzifədən kənarlaşdırılmasını tələb edib və bunu "denasifikasiya" adlandırıb.
 
Həmçinin Putin Ukrayna ordusunun tərksilah edilməsini və Silahlı Qüvvələrin şəxsi heyətinin kəskin şəkildə azaldılmasını tələb edir.
 
Bundan əlavə, Moskva Kiyevin şərq və cənubunda, işğaldan azad edilən və hətta heç vaxt rus işğalçısının ayağı dəyməyən ərazilər də daxil olmaqla, geniş sahəni əhatə edən torpaqların Rusiyaya təhvil verməsini istəyir.
 
ISW bu tələbləri "Ukraynanın tam təslim olması" kimi dəyərləndirir və buna görə də bunlar müharibənin başa çatmasını qeyri-mümkün edir.
Link kopyalandı!
Son xəbərlər