ABŞ Konqresi İvanişvili hökumətinin tanınmaması haqda qanun layihəsini qeydə aldı...
1537
11 Jan 2025 | 07:57

ABŞ Konqresi İvanişvili hökumətinin tanınmaması haqda qanun layihəsini qeydə aldı...

 
"Bu təşəbbüs 2023-cü ilin yazında Konqresə təqdim edilən Suriya rejimi ilə münasibətlərin normallaşmasının qarşısını alan qanun layihəsinə bənzəyir. Vilsonun da iştirakı ilə hazırlanan sənəd Bəşər Əsədin Suriya prezidenti kimi tanınmasına qadağa qoyulmasını nəzərdə tutur, Dəməşqə qarşı sanksiyaların tətbiqini asanlaşdırır və Suriya rejimi ilə münasibətləri normallaşdıran digər ölkələrə xəbərdarlıq rolunu oynayırdı..."
 
ABŞ-ın “Gürcü arzusu”nu Gürcüstanın legitim hökuməti kimi tanımasını qadağan edən qanun layihəsi ABŞ Konqresinin rəsmi məlumat bazasında qeydə alınıb.
 
Moderator.az-ın Gürcüstan mediasına istinadla verdiyi xəbərdə deyilir ki, sənədin işçi adı belədir: “Birləşmiş Ştatların Bidzina İvanişvilini və ya Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstanın hər hansı hökumətini tanımasını qadağan etmək və eləcə də başqa məqsədlər üçün”(burada:).
 
Təşəbbüsün müəllifləri respublikaçı konqresmen, Helsinki Komissiyasının sədri Co Vilson və demokrat Stiv Koendir. Onlar özləri bunu “Gürcü kabusunun tanınmaması haqqında qanun” adlandırırlar.

Vilson bildirib ki, bu təşəbbüs 2023-cü ilin yazında Konqresə təqdim edilən Suriya rejimi ilə münasibətlərin normallaşmasının qarşısını alan qanun layihəsinə bənzəyir. Vilsonun da iştirakı ilə hazırlanan sənəd Bəşər Əsədin Suriya prezidenti kimi tanınmasına qadağa qoyulmasını nəzərdə tutur, Dəməşqə qarşı sanksiyaların tətbiqini asanlaşdırır və Suriya rejimi ilə münasibətləri normallaşdıran digər ölkələrə xəbərdarlıq rolunu oynayırdı.

Yeni qanun layihəsi beşinci prezident Salome Zurabişvilinin Gürcüstanda hakimiyyətin yeganə legitim nümayəndəsi kimi tanınmasını təklif edir.

Əsas müxalifət partiyaları kimi Zurabişvili də hesab edir ki, parlament seçkilərinin nəticələri saxtalaşdırılıb. Onun səlahiyyət müddəti rəsmi olaraq dekabrın 29-da, Mixeil Kavelaşvilinin andiçmə mərasimindən dərhal sonra başa çatıb.

Qanun layihəsinə əsasən, “azad və ədalətli seçkilərin keçirilməsi ilə təsdiqlənmiş Gürcüstan konstitusiyasının bərpası halında” “Gürcü arzusu”nun tanınmaması siyasəti ləğv edilə bilər.

Qanuna çevrilmək üçün qeydə alınmış qanun layihəsi komitədə nəzərdən keçirilməli, Konqresin hər iki palatasında səsvermə və uzlaşma prosesindən keçməlidir. Hər iki palata tərəfindən bəyənilərsə, qanun layihəsi imza və ya veto üçün prezidentə göndərilir.

“Gürcü arzusu” hələlik bu təşəbbüsə münasibət bildirməyib. Lakin bu həftə partiyanın siyasi şurası Vilson-u "dərin dövlətin ən gözə çarpan nümayəndələrindən biri" adlandıran bəyanat yayıb. Partiya liderləri iddia edirlər ki, konqresmen pul müqabilində Gürcüstan müxalifətinin maraqları üçün lobbiçilik e

S.Laçın
Link kopyalandı!
Son xəbərlər