"Təyyarədə ən təhlükəsiz yerlər haradadır? Quş sürüsü təyyarəni necə düşürə bilər? Nədən təyyarədə paraşütlər yoxdur?.."
Aviasiya hadisələrinin araşdırılması üzrə ekspert Qreq Fajt aviasiya təhlükəsizliyi ilə bağlı ən maraqlı suallara cavab verib.
Moderator.az xəbər verir ki, bu barədə o, "YouTube"-da "Wired" kanalında cavab verib.
Təyyarədə ən təhlükəsiz yerlərin harada olduğunu və ya niyə sərnişinlərə paraşüt verilmədiyini bilirsinizmi? Bəs aviafobiyadan əziyyət çəkənlər nə etməlidir?
"Mənim adım Qreq Fajtdır, mən ABŞ Nəqliyyat Təhlükəsizliyi Şurasında aviasiya hadisələrinin araşdırılması üzrə keçmiş müstəntiqəm. Bu gün internet istifadəçilərinin suallarını cavablandıracağam."
"Mən pəncərə yanında yer tutmuşam. Kim bilir, təyyarədə ən təhlükəsiz yerlər haradadır?"
Çıxışa yaxın yerləri-qanadların üzərində, təyyarənin ön və ya quyruq hissəsində seçmək daha yaxçıdır. Çıxışa qədər neçə yer olduğunu hesablayın, çünki aviaqəzalar təəssüf ki, təyyarə həmişə üfiqi vəziyyətdə olarkən baş vermir.
Təyyarə aşıb çevrilə və ya yanmağa başlaya bilər. Qəza gecə baş verə bilər. Ayağa qalxmaq mümkün olmayanda sürünmək lazım gələ bilər. Yaxın çıxışın sizdən nə qədər uzaqda olduğunu bilmək daha yaxşıdır.
"Pilotlar qəza qaçılmaz olduqda sərnişinlərə nə deyir? Bu filmlərdəki kimidir, yoxsa tamamilə fərqlidir?"
Eşidə biləcəyiniz elandan biri belədir: "Hörmətli sərnişinlər, kapitan danışır. Bizim kiçik bir problemimiz var. Mühərriklə bağlı çətinliklər yaşayırıq. Amma hər şey nəzarət altındadır. Narahat olmayın. Kursdan kənara çıxmağa məcburuq".
Bu, nisbətən müsbət bir vəziyyətdir. Daha ciddi hallarda ekipajdan heç nə eşitməyə bilərsiniz. Əgər nəsə eşidərsinizsə, bu yalnız "zərbəyə hazır olun" elanıdır, çünki yerə eniş qaçılmazdır. Amma uzun açıqlamalar gözləməyin, ekipajın əsas prioriteti qəzadan qaçmağa çalışmaqdır.
"Məni dəhşətə salan odur ki, quş sürüsü təyyarəni düşürə bilər. Bu necə mümkündür?"
Burada əsas məsələ quşların ölçüsüdür. Son illərdə bir çox belə hadisə baş verib. Sonuncusu, "Hadson möcüzəsi" filmi əsasında çəkilən hadisədir. Burada kapitan Salli Sallenberger və ikinci pilot Ceff Skayls iştirak edib.
Təyyarə Nyu-Yorkdakı La-Qvardiya hava limanından havaya qalxıb və təxminən bir kilometr yüksəklik əldə etdikdən sonra qaz sürüsü ilə toqquşmuşub. Təəssüf ki, qazlar mühərrikə dolub.
Mühərriklər kiçik quşlarla toqquşmaya tab gətirə bilər, lakin 9 kiloqramlıq qazı təsəvvür edin, bu, saatda 500-700 km sürətlə mühərrikə atılan boulinq topuna bərabərdir. Nəticədə təyyarə böyük bir planerə çevrilib. Ekipaj məcburən təyyarəni suya endirməli olub.
"Uçuşun hansı mərhələlərində ən çox aviasiya hadisələri baş verir?"
Bu, uçuş və eniş zamanı baş verir. Kreys yüksəklikdə çox nadir hallarda hadisələr baş verir. Hər şey adətən düzgün işləyir. Təyyarə avtopilotdadır. Uçuş zamanı təyyarənin çəkisi böyük, hündürlüyü isə azdır, sürəti isə nisbətən aşağıdır. Bu, ən riskli mərhələdir. Mühərriklərin maksimal yüklənməsi uçuş və eniş zamanı baş verir.
"Niyə hələ də təyyarələrdə paraşütlər yoxdur?"
Çünki bu əlavə ağırlıqdır. "Boeing-747" üçün kifayət qədər böyük paraşüt hazırlamaq mümkün deyil. Üstəlik, sərnişinlərə paraşüt verilsə belə, bunun istifadəsi çox çətindir. Əksər qəzalar uçuş və eniş zamanı baş verir, yəni yerə çox yaxln olursunuz. Belə şəraitdə paraşütün faydası olmaz.
"Təyyarələr fırtına zamanı uçub enə bilərmi?"
Bəli, təyyarələr fırtına zamanı eniş edə bilər. Amma pilotlar pis hava şəraitində uçmaqdan çəkinir.
"Uçuş zamanı pəncərə sınsa nə baş verəcək? Hamı öləcəkmi?"
Alçaq yüksəklikdə təyyarə hermetikliyini itirə bilər, amma partlayışla dekompressiya baş verməz. Yüksək yüksəklikdə (təxminən 11 km) isə insanları təyyarədən çəkib çıxaran hallar olub. Əgər kəmər taxılıbsa, sağ qalmaq mümkündür.
"Aviaqəzaya düşmə ehtimalı nə qədərdir?"
Bu ehtimal 11 milyonda birdir. Təyyarə dünyada ən təhlükəsiz nəqliyyat növüdür. Sizi ildırım vurma ehtimalı daha yüksəkdir. Avtomobil qəzasında ölüm ehtimalı isə daha da yüksəkdir. Qatarlar, avtobuslar və piyadalarla bağlı daha çox qəza baş verir. Velosiped sürərkən və ya yolu keçərkən xəsarət almaq və ya ölmək ehtimalı aviaqəzaya düşməkdən yüksəkdir.
"Aviafobiyadan əziyyət çəkənlər üçün hansısa məsləhətiniz var?"
Bəli, rahat olun. Aviasiyada belə deyirik: "Vaxtınız azdırsa, təyyarə ilə uçun". Səbirli olmalısınız, çünki səbrsiz olsanız, narahatlığınız artacaq. Ən yaxşısı təyyarənin səslərinin səbəbini anlamağa çalışmaqdır. Uçuş zamanı eşitdiyiniz metal səslər şassinin yığılmasıdır.
Pəncərədən baxsanız, qanadların hərəkət etdiyini görərsiniz, bu, qanadların qaldırma qüvvəsini artıran elementlərdir.
Turbulens zonasına düşsəniz, qanadların qopacağını düşünməyin, bu, mümkün deyil. Daha çox əyləncəli bir şey kimi baxın, bunun Amerika təpələrinə bənzədiyini düşünün.
"Mobil telefonu uçuş rejiminə keçirməsəniz nə baş verər?"
Telefon və ya planşetdən gələn siqnallar naviqasiya sistemlərini və yerə yaxınlıq xəbərdarlığını poza bilər. Təyyarə sistemləri bu cür müdaxilələrdən qorunur, amma riskə girməmək daha yaxşıdır. Təhlükəsizlik məqsədilə telefonunuzu söndürün.