“Jurnalistlərimizin arxasında Prezidentimiz, Prezidentimizin arxasında jurnalistlərimiz dayanıb”
Ekskluziv
1070
10 Jan 2025 | 20:04

“Jurnalistlərimizin arxasında Prezidentimiz, Prezidentimizin arxasında jurnalistlərimiz dayanıb”

Prezident İlham Əliyevin 7 yanvar tarixində yerli telekanallara verdiyi müsahibə yalnız ölkəmizdə deyil, bütün dünyada böyük marağa səbəb olub.

 

Xatırladaq ki, dövlət başçısının yerli media orqanlarına müsahibəsi artıq ənənə halını alıb ki, bu da bütövlükdə cəmiyyət tərəfindən böyük məmnunluqla qarşılanmaqdadır.

 

Maraqlıdır, Prezident İlham Əliyevin yaratdığı bu ənənə dövlət başçısının mediaya, jurnalistlərə ehtiramının bariz nümunəsi sayıla bilərmi?

 

Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Prezidentimizin jurnalistikaya böyük rəğbəti var. O, həm də, bizim media sistemimizə etibar edir. Prezidentimiz müsahibəsində bildirdi ki, mənim arxamda mənim xalqım dayanır, mən də xalqımın arxasında dayanmışam. Bu ifadə həm də bizim jurnalistikamıza aiddir. Jurnalistlərimizin arxasında Prezidentimiz dayanıb, Prezidentimizin arxasında jurnalistlərimiz dayanıb.

 

Jurnalsitlərimiz Prezidentimizin çağırışlarını dünyaya çatdırmaq üçün çox böyük işlər görürlər. 7 yanvar müsahibəsi dünyanın ən məşhur qəzetləri tərəfindən də müxtəlif baxımlardan işıqlandırıldı, bununla bağlı təhlillər aparıldı. Bu təhlillərdə də gördük ki, daha çox Prezidentimizin yeni dünya düzənində Azərbaycanın yeri, dostlarımıza və düşmənlərimizə münasibəti və bir çox amil sözügedən müsahibədə öz əksini tapıb. Müsahibə yerli telekanallara verilsə də, miqyas etibarilə dünya mediasına verilən müsahibə təsiri bağışladı.

 

Bunu da qeyd edim ki, Prezidentimizin üç müxtəlif dildə səlis danışması sıradan bir hadisə deyil. Mənim 82 yaşım var və Prezidentimizin şifahi nitq üslubu bu yaşımda belə məni heyran edir. Buna görə mən həmişə deyirəm ki, biz Prezidentimizdən çox şey öyrənirik. Bunlardan biri də şifahi nitqdir”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər